Accessibility links

Təbriz və Ərdəbildə üç məhbus edam, biri isə əfv edilib


Son bir ay ərzində İranın müxtəlif bölgələri, o cümlədən Azərbaycan vilayətlərinin ən böyük üç şəhəri Təbriz, Urmiyə və Ərdəbildə edam hökmlərinin icrası yenidən sürətlənib.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin xəbərinə istinadən, noyabrın 22-də üç məhbus Təbriz Mərkəzi Zindanında dar ağacından asılıb.

HRA edam edilənlərin adlarını Səid Əsgəri, Əli Dilguşayi və C. N. şəklində açıqlayıb. Onlar qətl ittihamı ilə mühakimə edilmişdilər.

Ərdəbil zindanında isə narkotik qaçaqmalçılığı ilə əlaqədar mühakimə edilmiş İbrahim Behrad adlı edam məhkumunun əfv edildiyinə dair xəbərlər yayılıb. Əfv qərarı Ərdəbil vilayətinin “Əfv Komissiyası” tərəfindən çıxarılıb.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar, qətlə yetirdiyi şəxsin ailəsini “diyə” almağa razılaşdırıb və diyə miqdarını ödədikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər.

İnternet portalları həmçinin Ərdəbildə bir məhkumun edamının təxirə salındığını bildirirlər. Yayılan məlumata əsasən, məhbus Həsən Şahbaziyə qətlə yetirdiyi şəxsin ailəsinə veriləcək “diyə” miqdarını hazırlamaq üçün möhlət verilib.

Diyə şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür. İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdiyi şəxsin ailəsini “diyə” almağa razılaşdırıb və diyə miqdarını ödədikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər.

XS
SM
MD
LG