Accessibility links

Tramp: Belə görünür səudiyyəli jurnalist ölüb


ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

Cümə axşamı ABŞ prezidenti Donald Tramp müxbirlərin səudiyyəli jurnalist Camal Xaşuqcinin ölüb-ölmədiyinə dair sualına “əlbəttə, belə görünür ki,” o, ölüb və bu “çox kədərlidir” deyə cavab verib.

Tramp vəd edib ki, əgər səudiyyəlilər onu öldürübsə, bunun “çox ağır fəsadları” olacaq.

ABŞ-ın Maliyyə Naziri Stiven Mnunçin deyib ki, o, gələn həftə Riyadda Səudiyyə Ərəbistanının sərmayə konfransında iştirak etməyəcək.

Tramp adminstrasiyası Səudiyyə Ərəbistanına Türkiyənin səudiyyəli agentlərin Xaşuqcini Riyadın İstanbuldakı konsulluğunda öldürdüyünə dair ittihamları ilə bağlı istintaqını başa çatdırması üçün bir az daha zaman verməyə hazırdır.

Dövlət Katibi Mayk Pompeo bu həftə Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə görüşəndən sonra cümə axşamı Ağ Evdə Trampı məsələ ilə bağlı məlumatlandırıb və ona Səudiyyə Ərəbistanına ABŞ-ın Virciniya ştatının sakini olan yazarın yoxa çıxması ilə bağlı istintaqını yekunlaşdırmasına bir neçə gün daha icazə verməsini məsləhət görüb.

Pompeo deyib ki, ABŞ Səudiyyə Ərəbistanının hesabatını nəzərdən keçirəndən sonra Birləşmiş Ştatlar müvafiq cavab tədbirlərini müəyyən edəcək.

Camal Xaşuqci
Camal Xaşuqci

Pompeo, Xaşuqcinin başına nə gəldiyinə dair müxtəlif söz-söhbətlər olduğunu desə də, Səudiyyə Ərəbistanı və Türkiyənin aparadığı istintaqların nəticələri ilə bağlı fərziyyələr irəli sürməkdən imtina edib.

Pompeo deyib ki, o, Səudiyyə Ərəbistanının kralı Salman və ölkənin de-fakto lideri Şahzadə Məhəmməd bin Salmana Xaşuqcinin aqibətininin ABŞ-ın “ciddi şəkildə maraqlandırdığını” söyləyib , lakin o həmçinin qeyd edib ki, ABŞ-la Səudiyyə Ərəbistanının on illərdir davam edən “strateji müttəfiqliyi” var.

Bundan əlavə isə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib ki, o, gələn həftə Riyadda Səudiyyə Ərəbistanının sərmayə konfransında iştirak etməyəcək. Konfransın məqsədi şahzadəninn səudiyyə iqtisadiyyatını müxtəlifləşdirmək səylərini nümayiş etdiməkdir. Bir sıra Qərb korposrasiya liderləri də üç günlük tədbirdən iştirak etməkdən vaz keçib.

Türkiyə müstəntiqləri cümə axşamı İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda və konsulun yaxınlıqda yerləşən iqamətgahında səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü ilə əlaqədar axtarış həyata keçirib.

Bundan öncə tibbi ekspertiza komandası bazar ertəsi konsulluqda, oktyabrın 2-də ora daxil olandan sonra Xaşuqcinin başına nə gəldiyini öyrənmək üçün ipucuları axtarıb.

Mahir Əbdüləziz Mütrəb
Mahir Əbdüləziz Mütrəb

Türkiyənin hökümət tərəfdarı mediası müstəntiqlərin iddialarını dərc edib. Bu iddialara əsasən, səufiyyəli agentləti Xaşuqci oktaybrın 2-də konsulluğa Türkiyə vətəndaşı olan niçanlısı Hatice Cengizlə evlənmək üçün sənəd almaq məqsədilə daxil olandan qısa müddət sonra onun barmaqlarını və başını kəsib, daha sonra isə bədənini parçalara bölüb. Hatice Cengiz konsulluğun qarşısında onu gözləsə də, Xaşuqci qayıtmayıb.

Sabah qəzeti Xaşuqcini öldürmək üçün İstanbula gələn 15 nəfərdən ibarət “sui-qəsd” komandasının liderinin səudiyyəli təhlükəsizlik rəsmisi Mahir Əbdüləziz Mütrəb olduğunu bildirib.

XS
SM
MD
LG