Accessibility links

Türkiyə və Rusiya arasında söz müharibəsi davam edir


İstanbulda Rusiya əleyhinə aksiyası(solda), Moskvada Türkiyə səfirliyi qarşısında etiraz nümayişi (sağda)
İstanbulda Rusiya əleyhinə aksiyası(solda), Moskvada Türkiyə səfirliyi qarşısında etiraz nümayişi (sağda)

Rusiya və Türkiyə arasında Rusiyanın hərbi təyyarəsinin salınmasına ilə əlaqədar söz müharibəsi davam edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya “odla oynamamaq” kimi xəbərdarlıq edib.

Bayburt şəhərində çıxışı zamanı Ərdoğan Rusiyanı İslam Dövləti qrupuna qarşı mübarizə adı altında Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı çıxan qruplara hücum edərək “odla oynamaqda” ittiham edib. Türkiyə prezidenti Rusiyanı həmçinin Suriya daxilində kommersiya fəaliyyətlərilə bağlı və ya humanitar yardım məqsədilə çalışan yük maşınlarını "məsuliyyətsiz şəkildə" hədəf almaqda günahlandırıb.

Türkiyənin dövlətə məxsus xəbər agentliyi və Türkiyənin yardım qrupu çərşənbə günü Rusiya təyyarəsinin Türkiyə sərhədi yaxınlığında Suriya daxilində Türkiyənin maşın karvanına havadan hücum etdiyi haqda məlumat verib. Hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Moskvanın Türkiyənin çərşənbə axşamı günü Rusiyanın döyüş təyyarəsini vurmasına qəzəbli reaksiya verməsi Suriya münaqişəsində fərqli mövqelərə malik iki ölkə arasında münasibətlərdə gərginliyin artacağı və münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı qorxuların artmasına səbəb olub.

Ərdoğanın cümə günü çıxışı Rusiya prezidenti Vladimir Putinin bir gün əvvəl Türkiyəyə işarə edərək, terrorçularla “kriminal biznesi” olan və onlardan öz “siyasi məqsələri üçün” istifadə edənlərin “odla oynadığı” haqda dediklərinə cavab olub.

Türkiyə prezidenti həmçinin Rusiyanı təyyarənin vurulmasından bəhanə kimi istifadə edərək, ölkəyə qarşı qəbuledilməz ittihamlar yağdırmaqda günahlandırıb.

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Türkiyə liderinin açıqlamalarına cavab olaraq Türkiyə tərəfin təyyarə ilə bağlı insidentə görə üzr istəməyə hazır olmadığını deyib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iki ölkə arasında azad viza rejiminin ləğv edildiyini elan edərək, Türkiyənin “qəbulolunmuş xətti keçdiyini” deyib.

XS
SM
MD
LG