Accessibility links

Türkiyə mətbuatı axtarışda olan fransız terrorçunun hava limanında görüntülərini açıqlayıb


Türkiyənin xəbər agentlikləri İstanbul hava limanında Fransada terror hücumları ilə əlaqədar axtarışda olan qadının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntülərini açıqlayıb.

Türkiyə rəsmiləri Habertürk televiziyasının əldə etdiyi görüntülərdəki qadının 26 yaşlı Həyat Bumedyen olduğuna inanır. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, Türkiyənin adının açıqlanmadığı yüksək səviyyəli rəsmisi videoda göstərilən qadının Bumedyen olduğunu təsdiq edib. Onun harada olduğu barədə məlumat yoxdur.

Təhlükəsizlik kamerası ilə çəkilmiş videoda qadının İstanbulun Sabiha Gökçən hava limanında onu müşayiət edən bir nəfər kişi ilə pasport nəzarət masasına yaxınlaşdığı göstərilir. Həyat Bumedyen Parisdə üç gün sürən və 17 adamın ölümülə nəticələnmiş terror hadisələri ilə bağlı Fransa rəsmiləri tərəfindən axtarışdadır.

Fransa rəsmiləri yanvarın 9-da Kulibalinin Parisdəki supermarketdə vurlub öldürüldüyü zaman Hayat Bumedyenin orada olduğunu təsdiq ediblər. Türkiyənin dövlətə məxsusu Anadolu xəbər agentliyi Xarici İşlər naziri Mevlut Çavuşoğluya istinadən Bumedyenin Türkiyəyə yanvarın 2-də Madriddən gəldiyi və yanvarın 8-də Suriyaya getdiyi haqda məlumat verib.

XS
SM
MD
LG