Accessibility links

Umud Şükri: İranın növbəti prezidenti enerji, su və ekoloji problemləri ilə qarşı-qarşıya qalacaq


Umud Şükri
Umud Şükri

Enerji eksperti Umud Şükri Amerikanın Səsinə müsahibədə deyir ki, İranda 18 iyun seçkilərindən sonra vəzifəyə gələcək prezidenti Həsən Ruhani dönəminə nisbətən həm daha yaxşı fürsətlər, həm də daha böyük risklər gözləyir.

Umud Şükri: İranın növbəti prezidenti enerji, su və ekoloji problemləri ilə qarşı-qarşıya qalacaq
please wait

No media source currently available

0:00 0:13:13 0:00

İranın ali dini liderinə daha yaxın olacağı gözlənilən növbəti prezidentin vəzifə müddətində İranın dünya qüdrətləri ilə nüvə sazişinin yenidən bərpa olma ehtimalı yüksəkdir. Umud Şükri bunun növbəti prezident üçün yaxşı fürsətlər təşkil edəcəyini təsdiq edir, amma onun böyük risklər ilə qarşılaşacağını da istisna etmir.

İran nüvə, raket və dron proqramları və bölgədəki nüfuzu üçün milyardlar dollar pul xərcəyib. Nüvə anlaşmasından sonra da bunları itirmək istəmir. Yəni, bunları bəlli səviyyədə saxlayacaq. Bu da prezidenti beynəlxalq toplum içində çətin duruma soxacaq

“Bir-iki ay o tərəf ya bu tərəf, bu anlaşma bərpa olunacaq. Amerikadan daha çox İranın buna ehtiyacı var. İranın iqtisadi durumu heç xoş deyil. İşsizlik çoxalıb. İranın pandemiya dönəmini düzgün idarə edə bilməməsi səbəb oldu ki, İranda xəstə və ölüləri sayı çoxalsın... Bunlarla bərabər İranda çevrə problemləri var. Su problemi, quraqlıq problemi var,” araşdırmaçı söyləyir.

Şükri nüvə anlaşmasının bütün problemləri çözməyəcəyini vurğulayır:

“Nüvə anlaşması bərpa olunsa, bir sıra sanksiyalar qaldırılsa, İranın öz pulları ki, İraqda, Cənubi Koreya və digər ölkələrdə var, bunların bir qismi azad olar və iqtisadiyyata biraz can verər... Amma, nüvə anlaşması ilə bütün sorunlar çözüləcək deyə bir şey yoxdur. Millətdə belə gözlənti yaranmamalıdır.”

O, əlavə edir, “sanksiyaların hamısı qaldırılsa, İrana həm texnologiya, həm də sərmayə gələ bilər. Bunlar olmadan İranın infrastruktur sorunları çözülməz. Çünki, İran şirkətlərinin nə o qədər maliyyə qaynaqları var, nə də o texnologiyaya sahibdirlər. İran enerji bazarına qayıdacaq, amma dünyanın enerji bazarı bu müddətdə çox çox dəyişib. Pandemiya da tənlikləri dəyişdirib... İran artıq enerji bazarında, həm bölgədə həm dünyada istədiyi rolu oynaya bilməyəcək.”

sonrakı prezidentin önündə Həsən Ruhaniyə nisbət həm daha yaxşı fürsətlər var, həm daha böyük risklər.

Umud Şükri eyni zamanda bütün bunların yalnız nüvə sazişinin bərpa edilməsi ilə çözülməyəcəyini ifadə edir. O, xarici şirkətlərin İrana gəlməsi üçün FATF-un (Financial Action Task Force-Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) tövsiyələrinin icra edilməsinin zəruri olduğunu önə çəkir.

Onun sözlərinə görə, “sonrakı prezidentin önündə Həsən Ruhaniyə nisbətən həm daha yaxşı fürsətlər var, həm daha böyük risklər. İran həm nüvə proqramı, həm raket və dron proqramları və bölgədə olan nüfuzu üçün milyardlarla dollar pul xərcəyib. Nüvə anlaşmasından sonra da bunları itirmək istəmir. Yəni, bunları bəlli səviyyədə saxlayacaq. Bu da prezidenti beynəlxalq toplum içində istər-istəməz çətin duruma salacaq və xarici siyasətinə təsir edəcək. Yəni, fürsətlər də var, təhdidlər də.”

Umud Şükri növbəti prezidenti ölkə daxilində gözləyən başlıca problemlərin enerji, ekoloji və su sahəsində olacağını ifadə edir.

XS
SM
MD
LG