Accessibility links

Vəkil həbsdə olan fəallarla görüşüb


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Fəallar sifarişlə həbs edildiklərini bildirib. Yanvarın 8-də Sərdar Əlibəylinin apellyasiya şikayətinə baxılacaq. Anar Məmmədli Avropa Məhkəməsinə şikayət hazırlayıb

Yanvarın 8-də vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhbus kimi tanınmış fəallar - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı, bloger Əbdül Əbilov və P.S. Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyli ilə görüşüb.

Elçin Sadıqov Amerikanın Səsinə görüşdüyü şəxslərin səhhətinin normal olduğunu bildirib.

“Görüşdüyüm şəxslərin hamısı həbsinin sifarişli olduğunu bildirdi. Onların heç biri ittihamları qəbul etmir”, o qeyd edib.

Vəkilin sözlərinə görə, noyabrın 8-də saat 14.30-da Bakı Apellyasiya Məhkəməsində Sərdar Əlibəylinin Xətai rayon Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarından şikayətinə baxılacaq.

Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ilə günahlı bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.

Vəkil Anar Məmmədlinin qanunsuz həbsi, girov müqabilində, ev dustaqlığına buraxılmaması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə yaxın günlərdə şikayət göndərəcəyini bildirib. “Şikayət artıq ”hazırdır. Məmmədli ilə şikayətin detallarını müzakirə etdik”, o bildirib.

Anar Məmmədli barəsində dekabrın 16-da 3 ay həbs qətimkan tədbiri seçilib. O vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıqda ittiham edilir.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edib.
XS
SM
MD
LG