Accessibility links

Daxili işlər nazirinin müavini BMT-də insan alverinə qarşı yüksək səviyyəli görüşə qatılıb


Vilayət Eyvazov
Vilayət Eyvazov

Vilayət Eyvazov ABŞ Dövlət Departamentinin İnsan Alverinə Qarşı Mübarizə və Monitorinq üzrə Ofisinin rəhbəri Luis CdeBaka ilə də görüşüb

Mayın 13-14-də Nyu Yorkda, BMT-nin mənzil-qərargahında BMT-nin İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) icrası sahəsində əldə olunmuş tərəqqinin dəyərləndirilməsi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş keçirilib.

Görüşdə Azərbaycanı daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təmsil edib.

Vilayət Eyvazov bildirib ki, Azərbaycanda insan alverinin qarşısının alınması və bu növ cinayətlərə qarşı mübarizə ictimai təhlükəsizliyin təmin olunmasının prioritet istiqamətlərindən biridir.

“Dövlət orqanları problemin həlli ilə kompleks şəkildə məşğul olur”.

Nazir müavini Azərbaycanda insan alverinə qarşı mübarizəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, qeyri-hökumət təşkilatları, həmçinin xarici ölkələrin anoloji xidmətləri ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib.

Tədbir çərçivəsində Eyvazov ABŞ Dövlət Departamentinin İnsan Alverinə Qarşı Mübarizə və Monitorinq üzrə Ofisinin rəhbəri Luis CdeBaka ilə də görüşüb.

Görüş zamanı insan alverinə qarşı birgə mübarizə aparılması məqsədilə müvafiq sahələrdə mütəmadi monitorinqlərin və maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.
XS
SM
MD
LG