Accessibility links

Azərbaycan alpinistləri Xan Tenqri zirvəsini fəth edib


Xan Tenqri zirvəsi
Xan Tenqri zirvəsi

Alpinistlər hazırda Qələbə zirvəsinin fəthinə hazırlaşır

Azərbaycan alpinistləri, Azərbaycan Alpinizm Federasiyasının üzvləri Firuz Dadaşov və Sirxan Məmmədov Tyan-Şan dağlarının "Xan Tenqri" (7010 m.) zirvəsinə çatıblar.

Azərbaycan Alpinizm Federasiyasının məlumatına görə, bu barədə Firuz Dadaşov telefon vasitəsilə məlumat verib.

F.Dadaşovun sözlərinə görə, yürüşə pis hava şəraiti və güclü qar mane olub. Lakin bütün çətinliklərə baxmayaraq, alpinistlər zirvənin fəthinə nail olublar.
Artıq idmançılar baza düşərgəsinə eniblər. Onlar uzun və ağır yürüşdən sonra düşərgədə bir neçə gün istirahət edəcəklər.

Daha sonra isə alpinistlər "Qələbə" zirvəsini fəth etmək üçün yürüşə başlayacaqlar.
Sirxan Məmmədov və Firuz Dadaşov – Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşləri olan Azərbaycan milli komandasının üzvləridir.

“Xan Tenqri” və “Qələbə” zirvələrini fəth etdikləri halda idmançılar "Snejniy Bars” (Qar bəbiri) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr – "Xan Tenqri”(7010 m.), "Qələbə”(7439 m.), "Lenin”(7134 m.), "Korjenevskaya”(7105 m.), "Kommunizm”dir (7495 m.). "Qar bəbiri" adını, yarıməsrlik tarixi ərzində 621 alpinist ala bilib.

Qeyd edək ki, bu titula Azərbaycan tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.
XS
SM
MD
LG