Accessibility links

Xədicə İsmayılova ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək


Araşdırmaçı jurnalist, AzadliqRadiosunun əməkdaşı Xədicə İsmayılova mənzilinə gizli yolla kamera yerləşdirilməsilə bağlı cinayət işi üzrə icraatın təzələnməsi üçün yaxın günlərdə prokurorluğa müraciət olunacaq.

Bu barədə AzadliqRadiosuna jurnalistin vəkili Yalçın İmanov məlumat verib.

Yanvarın 19-da 4 saylı cəzaçəkmə müəssisəsində Xədicə İsmayilova ilə görüsdüyünü deyən vəkilin sözlərinə görə, jurnalistin şəxsi həyatına müdaxilə faktı üzrə başlanmış cinayət işi ətrafında müzakirə aparıblar:

“Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə başlanmış cinayət işi üzrə icraat, istintaq hərəkətləri bir xeyli müddət əvvəl dayandırılıb. Milli Təhlükəsizlik Nazirliyi ətrafindakı məlum olaylardan sonra yeni açılan hallarla əlaqədar cinayət işi üzrə icraatın təzələnməsi üçün prokurorluğa müraciət edəcəyik”.

Vəkil onu da bildirib ki, Xədicə İsmayılovanın durumundan heç bir şikayəti yoxdur: “Əhval-ruhiyyəsi yaxşıdır, dostlara salamı var”.

Xatırladaq ki, Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, mənimsəmə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist ittihamları rədd edir. “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılovanı“vicdan məhbusu” elan edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG