Accessibility links

ABŞ: Yəməndə bir neçə amerikalı Huti üsyançıları tərəfindən saxlanılır


ABŞ Dövlət Departamenti Yəməndə Amerikanın dəstəklədiyi hökuməti hakimiyətdən devirib, ərəb dünyasının ən yoxsul ölkəsində nəzarət uğrunda mübarizəni davam etdirən Huti Şiə üsyançılarının bir neçə amerikalını saxladığını bildirib.

Washington Post qəzetinin yazdığına görə, ABŞ vətəndaşları Yəmən paytaxtı Səna yaxınlığındakı həbsxanada saxlanır və ABŞ-ın onları azad etmək cəhdləri baş tutmayıb. Qəzet saxlanılan amerikalıların heç birinin ABŞ-ın hökumət qulluqçusu olmadığını yazır. Onların üçünün də özəl şirkətdə çalışdığı və ABŞ və Yəmən vətəndaşlığına malik olduğuna inanılır.

Dövlət Departamentinin bir rəsmisinin bildirdiyinə görə, ABŞ onların azad edilməsi üçün mümkün hər şeyi edir. Lakin rəsmi nümayəndə saxlanılanların kimliyi ilə bağlı məlumatların detallarını açıqlamayıb.

\Səudiyyə Ərəbistanı ABŞ kəşfiyyatının köməyi ilə mart ayından Huti üsyançılarına qarşı hava hücumları keçirir. İranın dəstəklədiyi Huti üsyançılar Yəmənin cənubunda Ədən liman şəhəri istiqamətində irəliləyişə nail olduğu zaman Yəmənin ABŞ tərəfindən dəstəklənən prezidenti Əbdu Rabu Mənsur Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Bu ilin əvvəli döyüşlərin şiddətləndiyi vaxt ABŞ Sənadakı səfirliyini bağalyıb. Münaqişə nəticəsində 2 mindən çox insan həyatını itirib.

XS
SM
MD
LG