Accessibility links

Azərbaycan zabiti və əsgəri həlak olub

Cəbhə xətti
Cəbhə xətti

Hər iki hərbiçi güllə yarasından həlak olub. Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozduğunu bildirir

Fevralın 5-də Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində milli ordunun əsgəri, Cəlilabad rayonundan həqiqi hərbi xidmətə çağırılmış Sənan Əlizadə həlak olub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bundan başqa, nazirliyin məlumatına görə, milli odunun zabiti Tural Əsgərov güllə yarasından həlak olub.
This item is part of
XS
SM
MD
LG