Accessibility links

Azərbaycan və Fransa müdafiə sahəsində əməkdaşlıq haqqında texniki anlaşma imzalayıb


Azərbaycan müdafiə naziri Fransada səfərdə
Azərbaycan müdafiə naziri Fransada səfərdə

İmzalanma Azərbaycan müdafiə nazirinin Fransaya səfəri zamanı olub

Azərbaycan və Fransa müdafiə nazirləri “Müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalayıb. Sənəd Azərbaycan müdafiə naziri Zakir Həsənovun yanvarın 13-14-də Fransaya rəsmi səfəri zamanı imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir Həsənovun səfər zamanı Fransanın hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.
XS
SM
MD
LG