İranda Xəzərin hüquqi statusu müzakirə ediləcək

Xəzəe regionu

İclasda Azərbaycan xarici işlər nazirinin müavini iştirak edəcək
İyunun 11-12-də İranın Ramsar şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 37-ci iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.