Xəzər regionunun neft-qaz və enerji sektoru ilə bağlı olan Bakı Enerji Həftəsi 3 tədbiri özündə birləşdirib: 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.
Mayın 26-29-na kimi davam edəcək Azərbaycan Aerokosmik və Texnologiya festivalı Baku Crystal hall və Milli Park ərazisində keçirilir.
Sitarə İbrahimbəylinin təmsil etdiyi VarYox.az komandası Bakıda “Qadınlar Fotoqrafiyada” adlı foto sərgi keçirib. 21 yerli qadın fotoqrafın iştirak etdiyi sərgidə məqsəd incəsənətdə və gündəlik həyatda gender əsaslı problemlərə diqqət yönəltmək idi.
21 may beynəlxalq çay günüdür. Bu səbəblə Bakının Qala kəndində festival keçirilib.
Bakıda “Azərbaycan İstehsalçılar Festivalı 2022- istehsalla məşğul olan biznes subyektlərinin satış-sərgi yarmarkası ” keçirilib. 20-22 may tarixlərində baş tutan festivalda 150-dən çox biznes subyekti məhsullarını təqdim edib.
Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçirilib.
Mayın 19-da Bakıda Avropa İttifaqı və Avropa Şurasının "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” birgə layihəsi çərçivəsində qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa Şurası standartları və bu kontekstdə milli parlamentlərin rolu haqqında məlumatlılığın artırılmasına dair tədbir keçirilib.
Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.
Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Gül bazarı” yaz yarmarkası keçirilib.
Sumqayıt şəhərində Kimyaçı Mədəniyyət Sarayının qarşısında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin və "Qanun” Nəşrlər Evinin təşkilatçılığı ilə Milli Kitab Sərgisi keçirilib.
Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-nin Bakıda akkreditə olunmuş üzv dövlətlərinin səfirliklərinin təşkilatçılığı ilə Avropa Şəhərciyi 2022 tədbiri keçirilib.
Mayın 12-də Bakı Apellyasiya məhkəməsində Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun maddi kompensasiya tələbi ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Bakıda "Ətraf mühit" komandasının təşkilatçılığı ilə "Green Talk" adı altında "Vərdişlərini yaşıllaşdır" adlı ekoyarmarka keçirilib.
Daha çox yüklə