Accessibility links

Leyla Yunus Serjiu Vieyra de Mello adına Polşa mükafatına layiq görülüb


) Serjiu Vieyra de Mello adına fond_logo

) Serjiu Vieyra de Mello adına fond_logo

Dövlətə xəyanətdə ittiham edilərək həbs olunan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus BMT-nin insan haqları üzrə ali komissarı (2002-2003-cü illər) Serjiu Vieyra de Mello adına Polşa mükafatına layiq görülüb.

Bu il kollegiya Leyla Yunusa "Şəxsi töhfəsinə görə" kateqoriyada mükafatlandırmağı qərara alıb.

Mükafat 23 oktyabrda Krakovda Villa Detsius beynəlxalq mədəniyyətlərarası dialoq assosiasiyasının keçirdiyi “The Power of the Powerless – Revisited” (Gücsüzlərin gücü - Təkrar gözdən keçirilib) konfransında elan olunub.

Mükafatın təqdimatında Leyla Yunusu hüquq müdafiəçisi Ataxan Əbilov təmsil edib. O, Polşa xadimlərini Leyla və Arif Yunusun, eləcə də Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi üçün aktiv mübarizəyə səsləyib.

XS
SM
MD
LG