Accessibility links

Niyls Mujnieks: Repressiv tədbirlər tövsiyələrə birbaşa ziddir


Foto konstruksi jembatan Hong Kong-Zhuhai-Makao di Pulau Lantau, Hong Kong, yang sedang dalam pengerjaan. Jembatan ini akan menghubungkan Hong Kong, Makao, dan kota Zhuhai di China daratan.
Foto konstruksi jembatan Hong Kong-Zhuhai-Makao di Pulau Lantau, Hong Kong, yang sedang dalam pengerjaan. Jembatan ini akan menghubungkan Hong Kong, Makao, dan kota Zhuhai di China daratan.

Azərbaycanda hüquq müdafiəçilərinin təqibinə son qoyulmalıdır”, deyə Avropa Şurasının insan hüquqları üzrə Komissarı Niyls Mujnieks Bakıya 2 günlük səfərinin yekunları üzrə bildirib.

Cənab Mujnieksin ofisinin məlumatında deyilir ki, “bu səfərin zəruriliyi Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən, demək olar ki, bütün tərəfdaşların həbsi ilə izah olunur. Bu, ölkədə insan hüquqları sahəsində işi faktiki olaraq, qeyri-mümkün edir”.

Komissar hələ 2013-cü ildə xüsusi məruzəsində Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin ağır olduğunu qeyd edib, bu ilin aprelində isə vəziyyətin daha da pisləşdiyi vurğulanır.

“Bu repressiv tədbirlər məruzəmdə yer alan tövsiyələrə birbaşa ziddir”, o qeyd edib.

Hazırkı həbslərin bir hissəsi QHT-lər haqqında qanunvericiliyə dəyişikliklərlə bağlıdır. Bu məsələ ilə bağlı əvvəllər də narahatlıq bildirilib və qeyd edilib ki, dəyişikliklər QHT-ləri böyük risk altında işləməyə məcbur edir.

“Qanunvericilik insan hüquqları sahəsində işi qeyri-mümkün etməməlidir. Bu, aldıqları qrantı qeydiyyatdan keçirməyənlərə də aiddir. Onları buna görə cəzalandırmaq olmaz”, Mujnieks qeyd edib.

Rəsmi şəxslərlə görüşlər zamanı komissar Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarlarının yerinə yetirilməsi zərurətini qaldırıb.

Press-relizdə hüquqşünas İntiqam Əliyevin işi də narahatlıq doğuran işlərdən biri kimi qeyd edilir. Onun işinə Avropa Məhkəməsində prioritet qaydada baxılacaq.

Bütün bu məsələlər komissarın baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, xarici işlər naziri Mahmud Məmmədquliyev və ombudsman Elmira Süleymanova ilə görüşlərdə qaldırılıb.

Səfər zamanı Mujnieks Kürdəxanı istintaq təcridxanasına da baş çəkib, burada Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevlə görüşüb.

Bundan başqa, komissar həbs edilmiş şəxslərin ailə üzvləri, vəkilləri və vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşlər keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG