Accessibility links

Leyla Yunus təcridxana kamerasına köçürülüb


Leyla və Ariv Yunuslar
Leyla və Ariv Yunuslar

Hüquq müdafiəçisi Leyla Yunus 1 saylı Bakı İstintaq Təcridxananın tibb məntəqəsində 6 gün saxlandıqdan sonra avqustun 19-da yenidən təcridxana kamerasına aparılıb. Bu barədə Amerikanın Səsinə vəkil Elçin Qəmbərov bildirib.

Vəkili Leyla Yunusun səhhətində irəliləyişin olmadığını bildirib.

“Sadəcə dünən gəlib deyiblər ki, Leyla xanım sağalıbsınız kameraya getməlisiniz. Onun tibb məntəqəsindən kameraya köçürülməsi müammalıdır. Çünki səhhətində çoxsaylı problemlər var və tibb məntəqəsində qaldığı müddətdə irəliləyiş olmayıb. Leyla Yunusun Almaniyadan olan həkimi Kristian Vitt bir neçə gün ona baş çəkmişdi və tibb məntəqəsində saxlanılmasını məsləhət bilmişdi”, vəkil qeyd edib.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqustunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8,5 il, Arif Yunus 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zamanı Leyla və Arif Yunsuların səhhətində dəfərlərlə problemlər yaranıb. Arif Yunus bir neçə dəfə huşunu itirib. Leyla Yunus isə həbsdən əvvəlki çəkisinin 15 kiloqramdan çoxunu itirib. Məhkəmə zamanı onun xəstə və ağrılardan əziyyət çəkən durumu hamını heyrətləndirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG