Accessibility links

Həmsədrlər Paris görüşünün nəticələri ilə bağlı birgə bəyanat yayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri martın 2-də Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və martın 3-də Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla keçirilən görüşün nəticələri ilə bağlı bəyanatla çıxış ediblər.

“Həmsədrlər Dağlıq Qarabağa mülki uçuşlar məsələsi və təmas xəttində hazırkı zorakılıqla bağlı narahatlıqlarını bir daha ifadə ediblər. Həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsi müzakirə olunub.

Həmsədrlər dinc nizamlanmaya nail olmaq məqsədilə gələcək addımların prezidentlərlə müzakirəsi üçün yaxın həftələrdə regiona səfər edəcəklər”, - bəyanatda deyilir.
XS
SM
MD
LG