Accessibility links

Azərbaycan vətəndaşları Misirdən çıxarılıb


Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Qahirəyə gedib

Yerli medianın yazdığına görə, avqustun 19-da Fövəladə Hallar Nazirliyinin təyyarəsi Misirdə yaşayan Azərbaycan vətəndaşlarının bir hissəsini Bakıya gətirib. İlk reyslə Bakıya 50 nəfər gəlib.

Misirdə qarışıq nikahda olan 30-a yaxın Azətnaycan vətəndaşı Misirdə qalıb.

*****

Misirdə yaşayan Azərbaycan vətəndaşlarının çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin təyyarəsi avqustun 18-də Bakıdan Qahirəyə yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Misirdə baş verən hadisələr ilə əlaqədar olaraq Misirdə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti tərəfindən Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə verilmiş müvafiq tapşırığa əsasən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Qahirəyə gedib.

Qeyri-rəsmi məlumatlara görə, hazırda Misirdə 50-dən çox Azərbaycan vətəndaşı var. Azərbaycanın Qahirədəki səfirliyi normal rejimdə işləyir. Səfirlik Azərbaycan vətəndaşlarına qarşılaşdıqları çətinliklərlə bağlı səfirliklə əlaqə saxlamaları üçün müraciət edib.

2011-ci ilin yanvarında Misir hadisələri zamanı Azərbaycan səfirliyinin əməkdaşı Qahirədə öldürülüb.
XS
SM
MD
LG