Accessibility links

Müxalifət fəalının həbs müddəti iki il azaldılıb


Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər

Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər

Bu barədə Şirvan Apellyasiya Məhkəməsi qərar çıxarıb

Şirvan Apellyasiya Məhkəməsi 6 il müddətinə azadlıqdan məhrum edilmiş Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqovun şikayətinə baxılması prosesini başa çatdırıb. Məhkəmə onun şikayətini qismən təmin edib və cəza müddətini 4 ilə qədər azaldıb.

Vəkili Adil İsmayılov Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi bəraət hökmü çıxarılmasını istəyir və cəzanın yumşaldılmasına baxmayaraq, çox güman ki, bu qərardan kassasiya şikayəti veriləcək.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də iyunun 25-də Lənkəran şəhərində çayxanada Sadıqovun onu döydüyünü iddia edən yerli sakin Rəşid Kərimovun şikayət iəsasında saxlanılıb. Bu zaman Kərimovun bəyanatı hələ Sadıqovun saxlanılmasından əvvəl hökumətyönümlü və dövlət KİV-lərində yayılıb. 2014-cü il yanvarın 13-də Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiə təşkilatları Sadıqovun siyasi motivlərlə, müxalif fəaliyyətinə və sosial şəbəkələrdə fəallığına görə təqib edildiyini hesab edirlər.

Sülh və Demokratiya İnstitutu onu “İsaxan Aşurov adına” mükafata layiq görüb.

XS
SM
MD
LG