Accessibility links

Əziz Elxanoğlu: İnsanlar kütləvi şəkildə Xarkivə, evlərinə qayıdır


Əziz Elxanoğlu-Xarkiv
Əziz Elxanoğlu-Xarkiv

Turan İnformasiya Agentliyinin müxbiri Əziz Elxanoğlu Ukraynanın Xarkiv şəhərindədir. O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, Xarkivdə bu gün, mayın 16-dan ictimai nəqliyyatın hərəkəti bərpa olunub.

Əziz Elxanoğlu: İnsanlar kütləvi şəkildə Xarkivə, evlərinə qayıdır
please wait

No media source currently available

0:00 0:05:55 0:00

"Sadəcə metro hələ işləmir. Metronun işləməmsinin səbəbi isə insanların oradan sığınacaq kmi istifadə etməsidir."

Bununla yanaşı, jurnalist bildirib ki, atəş səsləri eşidilməkdədir.

"Dünən gecədən Xarkivin mərkəzində intensiv atəş səsləri eşidilir. Hər saatdan bir həyəcan siqnalı verilir. Bu gün, bir neçə saat öncə güclü bir partlayış səsi gəldi. Amma nə olduğu hələ bəlli deyil. Hələ bununla bağlı rəsmi məlumat verilmir. Böyük ehtimalla haradasa nə isə vurulub. Gecə saatlarında da həyəcan siqnalları verilir. İnsanlara ehtiyatlı olmaq tövsiyə edilir."

Elxanoğlunun sözlərinə görə, əsas atəş səsləri Xarkivin ətrafında və bölgələrdədir.

"İndi Kyivdən və başqa ərazilərdən Xarkivə insanların kütləvi axını başlayıb. İnsanlar dağılmış evlərini təmir edir, təmizləmə işləri aparır."

Jurnalist deyib ki, Xarkivin mərkəzində dağılmış evlər, yanmış avtomobillər var.

Əziz Elxanoğlu-Xarkiv
Əziz Elxanoğlu-Xarkiv

"Şəhərin mərkəzində qalmış ağır texnikalar götürülərək xüsusi qəbiristanlığa aparılıb. Amm, dağılmış və yandırılmış evlər var. Ətraf ərazilərdə belə evlər daha çoxdur. Bu gün biz Xarkivin ətrafında bir qəsəbədə Rusiyaya məxsus vurulmuş helikopteri gördük," o qeyd edib.

Jurnalist Xarkivdə əhalinin ərzaq təminatında ciddi problemin olduğunu müşahidə edib.

"İnsanlar arasında ciddi ərzaq, dərman və geyim problemi yaşanır. Humanitar yardımlar heç də hamıya çatmır. İstər metrodakı sığınacaqda, istərsə də ətrafdakı sığınacaqlarda olsun, insanlar dərman çatışmazlığından əziyyət çəkir, geyim problemi yaşayırlar. Hətta deyim ki, su tapmaq belə çətindir. Dünən bir qəsəbədə oldum, orada yardım paylayan bir insan dedi ki, iki min insan sığnacaqdadır. Müharibədə durum kəskinləşsə onlara bir gün çatacaq qədər qidaları qalmayıb."

Elxanoğlu müşahidə edib ki, prezident Zelenskinin elan etdiyi yardım da bütün insanları əhatə etmir.

"İnsanlar komendant saatı bitəndən, yəni səhər saat 5-dən növbələrə dayanır, bəzi insanlar günorta saat 3-4-dək həmin yardımı belə ala bilmir. Yardım hamıya çatmır."

Jurnalist artıq ikinci dəfədir Xarkivə səfər edir. O, paytaxt Kyivlə nəqliyyat əlaqələrindən danışarkən deyib ki, artıq qatarlara bilet tapmaq xeyli çətinləşib.

"Bir ay əvvəl bir vaqonda 20 nəfər var idisə, çox sayılırdı. Bu dəfə Xarkiv qatarına bilet tapmaq çətin idi. İnsanlar artıq kütləvi çəkildə geriyə, evlərinə qayıdır."

Əziz Elxanoğlu hesab edir ki, insanlar artıq psixoloji cəhətdən müharibəni qəbul edib, atəş səslərinə vərdiş edib.

"Bununla yanaşı, insanlarda bombalardan bir qorxu hissi var. Onlar sığınacaqlarda daha çox qalırlar. Həmçinin insanlarla əlaqə qurmaq çox çətinləşib. İnsanlarda bir aqressivlik yaranıb. Mən metroda çəkiliş apararkən gördüm. Sanki sənə hücum etmək istəyirlər. Müharibə xofu, sosial qayğılar, evsizlik, ərzaq, geyim, dərman probelmləri sanki insanlarda bir aqressivlik yaradıb. Onlar öz aralarında belə hirsli halda danışırlar. Bir də kişilərin bir çoxu psixoloji problemi keçmək üçün spirtli içkilərdən istifadə edir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG