Accessibility links

2022-ci ilin yanvar-mart aylarında TRACECA nəqliyyat dəhlizi ilə yükdaşımalar 6,7 faiz artıb


TRACECA

2022-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi 2557,7 milyon ton-kilometr olub.

Bu barədə Azərbaycsan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, yük daşınmasında əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 6,3 faiz artım müşahidə olunub.

Statistika Komitəsi bildirir ki, yüklərin 6115,1 min tonu və ya 56,3 faizi avtomobil nəqliyyatı, 3507,0 min tonu və ya 32,3 faizi dəmir yolu nəqliyyatı, 1236,2 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 23,8 faizini və ya 2585,3 min tonunu tranzit yüklər təşkil edib.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi TRACECA xətti ilə yük daşımalarının həcminin artmasına təkan verib.

“Rusiya üzərindən il ərzində bir milyon konteynerdən çox yük daşınırdı. Bizim dəhlizimizdən tarixi göstərici üzrə maksimal hədd 50-60 min konteyner olub. Təbii ki, Rusiya üzərindən daşınan yüklərin 100 faizini fiziki olaraq hazırkı vəziyyətdə bizim dəhlizimizin emal etməsi çətindir. Amma, istənilən dərəcədə ilin sonuna qədər proqnozlaşdırırıq ki, bizim dəhlizlə yük daşınmasında ən azı 3-5 dəfə artım ola bilər,” o qeyd edib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG