Accessibility links

Anar Natiqoğlu: Odesa vilayətində raket zərbəsindən 19 mülki şəxs həlak olub


Anar Natiqoglu
Anar Natiqoglu

"Odesa Azərbaycanlıları Birlik" Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu Amerikanın Səsinə müsahibəsində Odesa vilayətinin Belqorod-Dnestrovsk (Açerman) rayonundakı şəhər tipli qəsəbəsinin gecə saat 2.30 radələrində hərbi təyyarələrdən raket hücumuna məruz qalması barədə danışıb. Raket istirahət mərkəzinə və bir yaşayış binasına düşüb.

“İstirahət mərkəzindən yeniyetmələrin bir futbol klubu istfadə edirmiş. Yeniyetmələrin valideynləri də orada olub. Yaşayış binasının da bir bloku dağılıb. Rəsmi məlumatlara görə, hazırda 19 nəfər mülki şəxs həlak olub, 30-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında qadın və uşaqlar var.”

Anar Natiqoğlu: Odesa vilayətində raket zərbəsindən 19 nəfər mülki şəxs həlak olub
please wait

No media source currently available

0:00 0:04:28 0:00

O, əhali arasında həyəcan yaşandığını bildirib.

“Həyəcan siqnalları da hər zaman verilir. Xüsusilə raket hücumlarından sonra insanların Moldova istiqmətində axını çoxalır. Bu gecə olan hücumdan sonra da həmin istiqamətdə gedən avtomobillərin sıxlığı görünür.”

Natiqoğlunun dediyinə görə, Odesa şəhərində durum ağır deyil.

“Hava hücumundan müdafiə sistemləri yerindədir. Amma, şəhərin mərkəzi daha qapalı deyil, blok postlar bir qədər şəhərin kənarlarında qoyulub. Odesa şəhərinə sonuncu raket hücunu üç gün öncə olub. Şəhərə doğru istiqamətləndirilən raketlər əsasən hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilir. Son bir ayda ən azı 40-50 raketin havada zərərsizləşdirilməsi ilə bağlı təsdiqini tapan informasiyalar var. Amma, hansısa anbarlara, yaşayış zonasının ətraflarına düşən raketlər də oldu. Ümumən Odesaya atılan raketlərin 70-80 faizi havada vurulub.”

Diaspor Təşkilatının sədr müavini Odesa şəhərinin ərzaq təminatında, elektrikin, qazın, suyun və internetin verilməsində problemlər olmadığını deyib.

“Kommunal təminatla bağlı heç bir problem yoxdur. Dükanlarda piştaxtalar doludur, xüsusilə əraz məhsulları boldur. Təbii ki, qiymətlərdə hər gün artım olur. Çörəyin qiymətində də son zamanlar bir qədər artım oldu. Balaca köşklərin də 50-60 faizi çalışır. Digərlərinin sahibləri isə ya artırq ölkədə yoxdur, ya da problemə görə bağlayıb. Amma böyük marketlərin hamısı çalışır və davamlı təchizat ıar.”

Onun sözlərinə görə, Odesada dağıntılar o qədər də çox deyil.

“3-4 yaşayış binası dağılıb. Bir hiper marketə raket düşüb. Orada dağıntılar çox idi. Bir də hərbi və mülki hava limanlarının uçuş zonaları sıradan çıxarılıb,” Anar Natiqoğlu Amerikanın Səsinə müsahibəsində qeyd edib.

XS
SM
MD
LG