Accessibility links

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək


EU-AZERBAIJAN/
EU-AZERBAIJAN/

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurası iyulun 19-da Brüsseldə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə on səkkizinci iclasını keçirəcək.

Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndə Cozep Borrel rəhbərlik edəcək, bu barədə Aİ Şurasının press-relizində deyilir.

"Əməkdaşlıq Şurası Aİ-Azərbaycan münasibətlərində vəziyyəti və növbəti addımları müzakirə edəcək, Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə və sahələr üzrə əməkdaşlığa, habelə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığa və İqtisadiyyat və İnvestisiya Planının həyata keçirilməsinə diqqət yetirəcək.

Daha sonra siyasi məsələlərlə bağlı, o cümlədən regional məsələlər, demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı fikir mübadiləsi aparılacaq," Avropa İttifaqının məlumatında deyilir

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyulunda Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Avropa İttifaqı proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilən iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG