Accessibility links

Dövlət Departamenti: ABŞ Qarabağda intensiv döyüşlərdən narahatdır


Ned Prays, ABŞ Dövlət Departamentinin sözçüsü

ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmaları ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuat üçün bəyanatında deyilir.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da gərginləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır,” bəyanatda qeyd edilir.

Ötən günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Bundan öncə, Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə "qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri" avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutmuş və nəticədə müddətli həqiqi hərbi xidmət qulluqçusu Anar Kazımov aldığı güllə yarasından həlak olmuşdu.

Özünü Dağlıq Qarabağ Müdafiə Ordusu kimi təqdim edən qurum bildirir ki, Azərbaycan bölmələri atəşkəs rejimini pozaraq Müdafiə Ordusunun döyüş mövqelərini və hərbi hissələrdən birinin daimi dislokasiya yerini atəşə tutub.

“Düşmən müxtəlif çaplı atıcı silahlarla yanaşı, minaatanlardan, qumbaraatanlardan və PUA-lardan da istifadə edib, nəticədə müqaviləli hərbçilər Qurgen Qabrielyan və Artur Xaçatryan ölümcül yaralanıb. Daha 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.”

Regionda hərbi gərginlik Rusiya sülhməramlılarının nəzarət zonasında Azərbaycan hərbçisinin ölümü və avqustun 2-də Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla, Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan müdafiə naziri Zakir Həsənovla telefon danşılarından bir gün sonraya təsadüf edir.

Bundan öncə, avqustun 1-də Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olub. Karen Donfrid hər iki nazirlə regiondakı son durumu müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG