Accessibility links

Azərbaycan və Ermənistan arasında gərginlik artıb, Azərbaycan hərbçisi həlak olub


Rusiya sülhməramlıları Qarabağda

Azərbaycan Müdafiə Nazirliynin Mətbuat xidmətinin məlumatına görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki "qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri" avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət qulluqçusu Anar Kazımov aldığı güllə yarasından həlak olub.

Özünü Artsax (Qarabağ) Müdafiə Ordusunun mətbuat xidməti kimi təqdim edən qurum bildirir ki, avqustun 2-də və avqustun 3-nə keçən gecə “Dağlıq Qarabağ Respublikası ilə Azərbaycan qoşunlarının təmas xəttində əməliyyat-taktiki vəziyyət dəyişməyib. Təmas xəttinin bəzi hissələrində gərginlik qalmaqdadır. Respublika rəhbərliyi, AO komandanlığı və Rusiya sülhməramlı kontingenti vəziyyətin yumşaldılması və daha da gərginləşməsinin qarşısını almaq üçün addımlar atmaqda davam edir,” məlumatda qeyd edilir.

Xatırladılır ki, avqustun 1-də hərbçi Albert Baxşiyan yaralanıb və onun həyatına təhlükə yoxdur.

Laçın rayonu ərazisindən Ermənistandan Qarabağa kedən yol keçir. Həmin yol hazırda Rusiya sülməramlı qüvvələrinin nəzarəti altındadır.

Azərbaycan hərbçisinin ölümü avqustun 2-də Rusiya Prezidneti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla, Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan müdafiə naziri Zakir Həsənovla telefon danşılarından bir gün sonraya təsadüf edir. Bundan öncə, avqustun 1-də Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olub. Karen Donfrid hər iki nazirlə regiondakı son durumu müzakirə edib.

Nazir Ceyhun Bayramov tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib.

"Bu xüsusda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb," Karen Donfridlə görüş barədə Azərbaycan Xarici işlər Nazirliynin məlumatında deyilir.

Avqustun 2-də Laçın rayonundakı insidentdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanın Laçın dəhlizi boyunca Qarabağın Ermənistanla əlaqəsini başqa marşrutla əvəz etmək tələbi əsassızdır.

“Ermənistan Baş naziri, Rusiya Prezidenti və Azərbaycan Prezidentinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin yaradılması və istismarı ilə bağlı məsələləri müəyyən edən 6-cı bəndi il’ ba]l; Ermənistan aşağıdakıları bildirir: “Tərəflərin (o zaman Rusiya, Ermənistan və Azərbaycan) razılığı ilə yaxın üç il ərzində Laçın dəhlizi ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni nəqliyyat marşrutunun Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə tikintisi planı hazırlanacaq. Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ ki, razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur,” o, qeyd edib.

Üç ölkə liderinin 2020-ci il noyabrın 10-da imzaladığı bəyanat aşağıdakı kimidir.

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edirik:

- 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar;

- Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır;

- Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir;

- Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir;

- Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Sülhməramlı Mərkəz yerləşdirilir;

- Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək;

- Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir;

- Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar;

- Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur;

- Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir;

- Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Bununla yanaşı, Azərbaycan tərəfi bildirir ki, birgə bəyanatda nəzərdə tutulan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri, kominikasiyaların açılması, iqtisadi əlaqələrin yaradılması və digər əksər bəndlər hələ də yerinə yetirilməyib.

Prezident İlham Əliyev iyulun 15-də hökumətin iclasında deyib ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq bəyanatın şərtlərinin yerinə yetirilməsində ciddi irəliləyiş yoxdur.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG