Accessibility links

Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəalın şikayətini təmin etməyib


Ziya İbrahimov (Foto Ziya İbarhimovun facebook səhifəsindən götürülüb)

Avqustun 4-də Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Ziya İbrahimovun həbsindən verilən apelyasiya şikayətini təmin etməyib.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Vəkil Ziya İbrahimovun məhkəmədə dediklərinə istinadən bildirib ki, onun şəxsi işinə üç qırmızı xətt qoyulub və video bloger yazılıb.

Mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimlov Bakı Hava Limanında həbs edilib. Ziya İbrahimova 2019-cü ildən axtarışda olduğunu bildiriblər.

Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Ziya İbrahimovun saxlanılmasında siyasi motivin olmadığını deyib.

"Onun barəsində aliment öhdəliyi ilə bağlı axtarış var," o qeyd edib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Ziya İbrahimova qarşı Cinayət Məcəlləsinin 306.1 (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə cinayət işi açılıb. Bu cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlıdır.

Cinayət Məcəlləsinin 306.1 maddəsinin sanksiyasına görə, İbrahimov iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

"İndiyədək Azərbaycanda Cinayət Məcəlləsinin bu maddəsi üzrə Ziya İbrahimovdan başqa heç kim həbsə alınmayıb,” Sadıqov qeyd edib.

Ziya İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı funksionerlərindən biri olub. 2018-ci il prezident seçkilərdə fəalllıq göstərdiyinə görə təqib edildiyini və bu səbəbdən də ölkəni tərk etmək məcburiyyətində qaldığını iddia edir. O 2018-ci ildə Almaniyaya mühacirət edib. İbrahimov mühacirətdə oldu\u dövrdə Azərbaycan hakimiyətinin əleyinə keçirilən aksiyalrda fəal iştirak edib və sosial çəbəkəlrdə sərt tənqidlər yazıb.

Onun həbsi ilə 2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan Azərbaycana deport edilən və ardınca həbs olunanların sayı 6 nəfər çatıb. Həmin şəxslər Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli, Samir Aşurovdur.

XS
SM
MD
LG