Accessibility links

Azərbaycanda çörəyin qiyməti bahalaşdı


Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. İri un və çörək istehsalçılarının yaydığı birgə məlumatında deyilir ki, yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin $365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olacaq.

Un və çörək istehsalçıları bildirir ki, unun yeni qiymətinə uyğun olaraq 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.

Məlumatda qeyd edilir ki, dünya bazarlarında müşahidə olunan bu vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşib.

“Cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir,” un və çörək istehsalçıları xatırladır.

Rəsmi məlumatlara əsasən bundan öncə, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik müəyyən edilib.

Dövlət Statistika Komitəsinin hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkənin ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir.

Ümumilikdə isə son illər ərzində buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə buğda idxalı 1 milyon tondan çox olub.

Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 84,4 kiloqram olub.

İqtisadçı Azər Mehdiyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda çörək əsas ərzaq məhsullarındandır.

“Rəsmi statistik məlumatlara görə əhali gəlirlərinin 60 faizindən çoxunu ərzaq istehlakına yönəldir. Bu həm də əhalinin yoxsul vəziyyətdə yaşamasının göstəricisidir. Bu səbəbdən əhalinin çörəyə tələbəatı böyükdür. Çörəyin qiyməti artması isə əhalinin bu məhsula tələbatının daha da artmasına şərait yaradır. Çünki insanların digər ərzaq məhsulları almağa imkanları daha da məhdudlaşır.”

Azər Mehdiyev: Əhalinin çörəyə tələbatı böyükdür.
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Ekspertin fikrincə, çörəyin qiymətinin artması həm də çəkisnin azalması formasında baş verir.

“Yəni ikili qiymət artımı baş verir. Bu isə əhalinin yaşam səviyyəsinin daha da ağırlaşmasına aparır.”

Mehdiyev ReAl Partiyasının ərzaq məhsullarına tətbiq olunan əlavə dəyər vergisinin azadılması ilə bağlı təklifi barədə sualın cavabında deyib ki, ölkədə yüksək infilyasiya olacağını yüksək dövlət rəhbərləri də bəyan edib.

“İnfilyasiyanın yükəsk olacağını həm də taxıl məhsullarına münasibətdə qeyd ediblər. Bu vəziyyətdə hökumətin bir sıra addımlar atması çox önəmlidir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan idxaldan asılı ölkədir. Bu səbəbdən hökumətin büdcə gəlirlərinin azaldılmasına getməklə həm idxalda gömrük rüsumlarının, həm əlavə dəyər vergisinin, həm də digər rüsumların azaldılmasına getməsi mütləq lazımdır,” o, qeyd edib.

Ekspertin qənaətincə hökumətin əhalinin aşağı gəlirli təbəqəsinə ünvanlı sosial yardıım verilməsi və yaxud aşağı gəlirli təbəqənin gəlirlərinin artırılması istiqamətində büdcədən vəsait ayrılacağı ilə bağlı verdiyi vədlərin həyata keçirilməsi görünmür.

XS
SM
MD
LG