Accessibility links

Həbsdə olan partiya rəhbəri ailəsi ilə telefon əlaqəsi saxlaya bilmədiyini bildirib


Əli Əliyev
Əli Əliyev

“1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev artıq 8 gündür ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir. Onun müdafiəçisi kimi mən də müxtəlif bəhanələrlə görüşə buraxılmıram.”

Bu barədə vəkil Toğrul Babayev Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, təcridxananın rəhbərliyi bildirir ki, Ali Məhkəməyə kassasiya şikayəti verildiyi üçün bununla bağlı görüş üşün ayrıca icazə məktubu təqdim edilməlidir.

“Bundan öncə, Penitensiar Xidmətin icazə məktubu ilə təcridxanada iki dəfə Əliyevlə görüşmüşəm. Lakin indi İstintaq Təcridxanasının rəhbərliyi yeni icazə məktubu tələb edir. Bu gün mən vəkil orderimi və görüş üçün icazə almaq üçün məktubumu Penitensiar Xidmətə təqdim etdim. Görək bundan sonra nə deyəcəklər,” vəkil qeyd edib.

Bununla yanaşı, Əli Əliyevin həyat yoldaşı Dilarə Əliyeva telefon danışığına imkan verilməməsi ilə bağlı Ombudsmana şikayət verib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə deyiblər ki, Penitensiar Xidmətin bütün cəzaçəkmə müəssisələrində və təcridxanalarında saxlanılan şəxlsərə qanunvericilikdə nəzərdə tutulan qaydada və sayda telefon danışıqları təqdim edilir.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə Əli Əliyevin həyat yoldaşı Dilarə Əliyevanın bu gün, avqustun 30-da Ombudsmana müraciət edilyini təsdiq ediblər.

“Hazırda araşdırma aparılır,” mətbuat xidmətinin rəhbəri Emil Şahzadə qeyd edib.

Partiya sədri “Osmanqızı” internet televiziyasına müsahibəsində Rusiyaya qarşı tənqid də daxil olmaqla, Azərbaycan rəsmilərini tənqid etdikdən sonra ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilib.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara səbəb Əli Əliyevin mətbuatda 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı barədə açıqlaması olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal rayon Məhkəməsi iqtidarda olan Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədən sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə yayılan intim videolar səbəb olub. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qasımovun sədrliyi ilə Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun iddiası ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin azadlıqdan məhrum olunması barədə hökmdən şikayətini təmin etməyib.

Əli Əliyev Apellyasiya Məhkəməsinin qəraraında Ali Məhkəməyə kassasiya şikayəti verib.

Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG