Accessibility links

Leyla Abdullayeva: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.

Leyla Abdullayeva AZƏRTAC dövlət agentliyinin “Ukraynada cərəyan edən son hadisələr və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı nə deyə bilərsiniz?” sualının cavabında bildirib: “Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur.”

Sentyabrın 23-dən 27-dək Ukraynanın Xerson, Zaporijye, Luhansk və Donetsk vilayətlərinin Ukraynanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına subyekt kimi daxil olmaq məsələsi ilə bağlı Qərb ölkələri tərəfindən qondarma adlandırılan “referendumlar” keçirilib. Bu “referendumlar” hələ dünayının heç bir ölkəsi tərəfindən tanınmayıb və beynəlxalq tənqidlərə səbəb olub.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya qüvvələri tərəfindən işğal edilmiş, özünü “Donetsk Xalq Respublikası” (DXR), “Luhansk Xalq Respublikası” (LXR) adlandıran ərazilərin və Xerson və Zaporijye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi haqqında sazişlər imzaladığını bəyan edib.

Rusiya Dövlət Duması oktyabrın 3-də Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunan qanunu qəbul edib.

XS
SM
MD
LG