Accessibility links

"Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni versiyasına siyasi baxışlar


Milli Məclis (Arxiv foto, mənbə VOA)
Milli Məclis (Arxiv foto, mənbə VOA)

Milli Məclisdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

"Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınıb" , məlumatda qeyd edilir.

"Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinə görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Qanun layihəsinin yenilənmiş variantında əvvəlik variantı ilə müqayisədə çoxsaylı yeniliklər var. Belə ki, tənqidlərə məruz qalmış bəzi müddəlarda tələblər yüngülləşdirilib, bəzi müddəlar isə sənəddən bütövlükdə çıxarılıb.

Layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi. Yenilənmiş varinata görə, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.

Partiya üzvlərinin sayı ilə bağlı müddəa da dəyişdirilib. Belə ki, əvvəlki versiyada siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 10 min üzvünün olması tələb edilirdisə, yeni versiyada bu rəqəm 5000 nəfərə endirilib. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.

Layihənin əvvəlki versiyasında seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvinə dair tələb yeni verisyada tamamilə aradan qaldırılıb.

Sənəddə deyilir ki, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Layihəyə görə, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat-red) artıq ola bilməyəcək.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Qanun layihəsinin əvvəlki versiyası da, yeni versiyası da mürtəcedir

Müsavat Partiyasının baqşanı Arif Hacılı qanun layihəsinin əvvəlki versiyasını da, yenilənmiş verisyasını da "mürtəce" adlandırıb.

Arif Hacılı: Qanun layihəsinin əvvəlki versiyası da, yeni versiyası da mürtəcedir 
please wait

No media source currently available

0:00 0:02:12 0:00

"Yeni versiyada yerli ictimaiyyətin və beynəlxalq qurumalrın irəli sürdüyü təkliflər və etirazlar əsasında mürtəceliyin səviyyəsini bir qədər azaltmağa çalışıblar. Amma, yenə də edilən dəyişikliklər neqativ xarakter daşıyır. Siyasi partiyaların, xüsusilə müxalifət partiyalarının fəaliyyətini məhdudlaşdırmaq, eyni zamanda bütün siyasi partiyaları icra hakimiyyətinin nəzarəti altında saxlamaq məqsədi güdür" , o, Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Mövcud “Siyasi Partiyalar haqqında” qanun daha pozitiv, daha demokratikdir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

"Müsavat Partiaysı yeni qanun layihəsini pisləyir və hesab edir ki, mövcud "Siyasi Partiyalar haqqında" qanun daha pozitiv, daha demokratik qanundur" , Arif Hacılı əlavə edib.

Hacılı deyib ki, sənədlə bağlı yerli təşkilatlarla birgə müzakirələr aparıldıqdan sonra geniş münasibət bildiriləcək.

"Biz yerli vətəndaş cəmiyyətyi nümayəndələri, müxalifət partiyaları ilə, beynəlxalq qurumlarla təmaslar vasitəsi ilə mürtəce dəyişikliklərin aradan qaldırlmasına çalışacağıq" , Müsavat Partiyasının başqanı qeyd edib.

AXCP sədr müavini Seymur Həzi
AXCP sədr müavini Seymur Həzi

Seymur Həzi: Qanun layihəsi fəaliyyəti linç edən sənəddir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi hesab edir ki, "Siyasi Partiyalar haqqıda" qanun layihəsi "siyasi fəaliyyəti linç edən" sənəddir.

Seymur Həzi: Qanun layihəsi siyasi fəaliyyəti linç edən sənəddir
please wait

No media source currently available

0:00 0:06:31 0:00

"Bu layihə konkret şəkildə siyasi fəaliyyətə, ifadə azadlığına, Azərbaycan Respublikasının qoşulduğu konvensiyalara, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, xüsusilə Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyalar haqqında kriteriyalarına ziddir. Hüquqi baxımdan absurddur" - deyə, o bildirib.

Onun fikrincə, qanun layihəsində o qədər çox mürtəce müddəalar var ki, onun biri ilə siyasi partiyaların fəaliyyətinə xitam vermək olar.

Sənəddə bütövlükdə ifadə azadlığına qandal vuran maddələr var.
Seymur Həzi, AXCP sədrinin müavini

"Sənəddə bütövlükdə ifadə azadlığına qandal vuran maddələr var. Layihənin 4.7-ci maddəsində göstərilir ki, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir, Bu konkret ifadə azadlığına və siyasi fəaliyyətə zərbədir. Layihədə yazılır ki, siyasi partiyanın bütöv xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. Siyasi patrtiya məhz xalqın adından danışmaq və xalqın öz siyasətinə uyğun hissəsini təmsil etmək üçün təsis edilir. Bu, Venesiya Komissiyasının standartlarına da cavab vermir. Çünki birbaşa ifadə azadlığına qarşı yönəlib".

Yeni layihədə partiyanın üzvləri ilə bağlı tələb qoyulur və bu partiya üzərində icra strukturunun nəzarətini təmin edir.

"Söhbət ondan gedir ki, siyasi paryiya üzvlərinin sayı beş minə qədər olmalıdır. Üzvlərinin sayı 4500 olan partiyalar tezliklə üzvlərinin sayını artırmasa bağlana bilər. Üstəlik partiya üzvlərinin reyestri tələb edilir. Yəni siyasi partiyalar üzvləri barədə hökumətə məlumatlar təqdim etməlidir. Azərbaycanda belə avtoritar rejim şəraitində hansı müxalifət siyasi partiyası üzvlərinin siyahısını hökumətə təqdim edə bilər? Müxalif siyasi partiya bimir ki, üzvlərinin adının hökumətin əlinə keçməsi nə deməkdir? İndi bizdən tələb edirlər ki, üzvlərimizin siyahısını hökumətə təqdim edək ki, al üzvlərimizə divan tut, onlara işgəncə ver, təhdid et ki, partiadan uzaqlaşsın".

Seymuur Həzi hesab edir ki, sənədin 7.1 maddəsi də (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlayır) siyasi fəaliyyətin məhdudlaşırılmasına yönəlib.

"Siyasi partiya ona görə qurulur ki, icazə olmadan danışa bilsin. Siyasi partiya indiki hökumətin alternatividir. O, danışmaq üçün hökumətdən icazə almır. Onun üzərində heç bir icra hakimiyyətinin nəzarəti ola bilməz. Siyasi partiyanın fəaliyyətinə nəzarət bu qurumu Prezident Administrasiyasının bir hissəsi kimi görməkdir. Siaysi partiyalar yalnız qurultayı və ədalətli məhkəmə qarşısında cavabdehdir. Siyasi partiyanın qeydiyyatını da icra hakimiyyəti deyil, yalnız ədalətli məhkəmə ləğv edə bilər. Burada yalnız ədalətli məhkəmədən söhbət gedə bilər. Çünki, Azərbaycanda məhkəmələr siyasi partiyaların üzvlərini, sədrlərini ədalətsiz olaraq illərlə həbsə göndərir" , o qeyd edib.

AXCP sədrinin müavini sənəddə partiyanın qurultayı və icra orqanları barədə tələblər irəli sürülməsini də absurd sayır.

"Layihədə partiyanın qurultayı ilə bağlı tələblər var. Partiyanın qurultayının fəaliyyətini qurultayın iştirakçıları müəyyən edir. Yəni layihdə partiyanın fəaliyyət sxemi çəkilib. Seçkili orqanları ilə bağlı isə ümumiyyətlə müddəa yoxdur. Qanun layihəsi göstərir ki, siyasi partiya icra strukturnun dediyi kimi fəsaliyyət göstərməlidir".

Seymur Həzi sənədin keçid müddəalarını da qəbuledilməz sayır.

"Keçid müddəalarında göstərilir ki, qanun qəbul edildikdən sonra 180 gün müddətində üzvlərinin sayını 5000 nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edir. Bu onu göstərir ki, qanun layihəsi müxalif siyasi partiyaları sıradan çıxaramaq üçündür. Burada iki yol nəzərdə tutublar. Müxalifətdə olan siyasi partiya reyestrə 5000 nəfər üzvlərinin siyahsını təqdim edə bilmədikdə fəaliyyəti bitir. Bir də hansısa siyasi partiya bu siyahını tam təqdim edirsə təzyiq yolu ilə üzvlərindən 500 nəfərini partiyadan imtina ərziəsi yazdırmaq elə çətin deyil. Bununla da müxalif siyasi partiyanın qeydiyyatı ləğv ediləcək" , o qeyd edib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Qanun layihəsinin konsepsiyası dəyişməyib

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, səndələ bağlı ReAl partiyasının geniş münasibəti yaxın günlərdə dərc olunacaq.

İlqar Məmmədov: Qanun layihəsinin konsepsiyası dəyişməyib
please wait

No media source currently available

0:00 0:02:21 0:00

"İlkin təəssüratımız ondan ibarətdir ki, qanun layihəsinin konsepsiyası prinsip etibarı ilə dəyişməyib. Sənddə yenə də partiyanın nüfuzu onun üzvlərinin sayı ilə hesablanır. Amma bizim mönqeyimiz belədir ki, partiyaların nüfuzunu Mərkəzi Seçki Komissiyası ölçməlidir. Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi seçki nəticələri partiyaların ictimai spektrdə nə qədər hissəni təmsil edib-etmdəiyi barədə ictimaiyyətə və dövlətə məlumat verəcək. Həmin məlumatların yığılması işini hökumət seçki orqanlarının üzərinə niyə qoymur? Seçki orqanlarına, onların məlumatlarının dəqiqliyinə güvənmir ki, bu işi partiyaların üzərinə qoyur? Partiyalar bu yükü daşımalı deyillər. Komissiyalar seçkilərdə səsləri düzgün saymalıdır. Beləliklə dövlətin də, ictitmaiyyətin də hansı partiyanın gücünün nə qədər olacağından xəbərti olacaq" , o əlavə edib.

Partiyaların nüfuzunu səsləri düzgün sayan Mərkəzi Seçki Komissiyası ölçməlidir.
İlqar Məmmədov, REAL Partiyasının sədri

Məmmədov yeni sənədin konsertual yanaşmasından birinin aşırı tənzimləmə olduğunu bildirib.

"Yəni, valyuta kursunu aşırı tənzimləyəndə valyuta kursunun qara bazarı yaranır. Ticarəti, qiyməti aşırı tənzimləyəndə hər bir malın, xidmətin qara bazarı yaranır. Eləcə də siyasi partiyaların fəaliyyətini aşırı tənzimləyəcəksənsə siyasi fəaliyyət partiya formatında deyil, başqa formatlarda həyata keçiriləcək. Necə ki, vaxtı ilə Şərqi Avropanın sosialist ölkələrində bunu gördük. Onun son nəticəsi Berlin divarının dağılması, Macarıstanda, Polşada, Almaniya Sosialist Respublikasında partiya sistemindən tamamilə kənarda olan qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi" , ReAL sədri belə düşünür.

Qanun layihəsinin yenilənmiş versiyası ilə bağlı iqtidarda olan Yeni Azərbaycan Partiyasından münasibət öyrənmək mümkün olmayıb.

Elman Nəsirov
Elman Nəsirov

Elman Nəsirov: Sənəd hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib

Bununla yanaşı, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov qanun layihəsinin bundan öncəki versiyası ilə bağlı Turan agentliyinə bildirib ki, "Siyasi partiyalar haqqında" qanunun qəbul edilməsindən 30 il vaxt keçib.

"Cəmi 4 fəsildən və 20 maddədən ibarət bu qanun dövrünün reallıqlarını əks etdirirdi. 30 il keçib, Azərbaycanda artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Azərbaycanın inkişaf dinamikasına adekvat "Siyasi partiyalar haqqında" yeni qanun qəbul edilməlidir".

Nəsirovin sözlərinə görə, bu sənəd hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib.

"Bununla bağlı Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü yanaşmaları əsas götürülüb. Ölkəyə yaşamaya-yaşamaya və ölkədə siyasi proseslərdən xəbəri olmaya-olmaya gəlib bir siyasi partiya yaradıb fəaliyyət göstərmək məntiqli deyil" , o qeyd edib.

XS
SM
MD
LG