Accessibility links

Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının zirvə görüşü keçiriləcək


Azərbaycan-Türkmənistan-Türkiyə bayraqları (Arxiv foto, mənbə VOA)
Azərbaycan-Türkmənistan-Türkiyə bayraqları (Arxiv foto, mənbə VOA)

Dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

Bu barədə Türkmənistan Prezidenti dekabrın 3-də müvafiq sənəd imzalayıb.

"Zirvə görüşünün keçirilməsi Türkmənistan, Azərbaycan və Türkiyə arasında mehriban qonşuluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan çoxşaxəli münasibətlərin və konstruktiv tərəfdaşlığın daha da inkişaf etdirilməsi və hərtərəfli möhkəmləndirilməsi məqsədi daşıyır" , sənəddə qeyd edilir.

Sənədə əsasən, Prezident Administrasiyasına ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə yüksək səviyyədə üçtərəfli zirvə görüşünün keçirilməsi tapşırılıb.

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Qeyd edək ki, noyabrın 28-də Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.

Mövzuya uyğun

XS
SM
MD
LG