Accessibility links

Vəkil: Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlər var


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

“Həbsxanada 11 gündür aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlər var. O, hər gün 700-800 qram arıqlayır. Hazırda çəkisi 74 kiloqrama düşüb. Ağrıları var. Mədəsində, böyrəklərində sancılar var. Ürəkbulanmaları, baş gicəllənmələri olur. Bu gün qan təzyiqi 90/60 olub".

Bu barədə yanvarın 19-da Hacıyevin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında Hacıyevlə görüşündən sonra vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.

please wait

No media source currently available

0:00 0:02:58 0:00

Vəkilin sözlərinə görə, ictimai fəal hələ təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib.

"Ona bildiriblər ki, problemlər aclığın fəsadlarıdır. Həkim onu müayinə edir. O, ağrıların qarşısını almaq üçün ağrıkəsicilərdən də istifadə edə bilmir. Çünki mədəsi boşdur".

Rəhimli deyib ki, ictimai fəal mənəvi-psixoloji olaraq çox gərgindir.

"Narahatçılığı var. Əsasən də saxlanıldığı kamerada müayinə və müalicə üçün şərait yoxdur. Bəzən hətta termometr tapmaqda çətinlik çəkir. Bundan narahatşılığını bildirdi".

Hacıyev vəkili vasiəsi ilə yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

"O hesab edir ki, həbsi qanunsuzdur və həbsinin arxasında siyasi sifariş durur. Bu səbəbdən xahiş etdi ki, yerli və beynəlxalq ictimaiyyət onun məsələsini diqqətdə saxlasın" , vəkil qeyd edib.

Vəkil deyib ki, yanvarın 17-də Xətai Rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində girov qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Rəhimlinin sözlərinə görə, iki gün öncə Ombudsman Aparatının iki əməkdaşı (onlardan biri psixioloq olub) təcridxanada Hacıyevlə görüşüb.

"Bəxtiyar ona qarşı edilən qanunsuzluqlarla bağlı ombudsmanın nümayəndələrini məlumatlandırıb və tələblərini irəli sürüb. Bəxtiyar Hacıyev ombudsmanın özü ilə də görüşmək istəyir. Biz vəkillər ümid edirik ki, yaxın günlərdə bu görüş baş tutacaq" , o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırılıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib. Aksiya zamanı siyasətçi Tofiüq Yaqublu saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib. Yaqublu yanvarın 5-dən aclıq edir. Hazırda Bəxtiyar Hacıyev və Tofiq Yaqublu da daxil olmaqla, bütün siyasi məhbuslara azadlıq tələbi ilə ondan çox siyasi fəal aclıq edir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında aclığa başladığını bildirib və aclığı hazırda davam etdirir. Bundan öncə Hacıyev daha 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.

XS
SM
MD
LG