Accessibility links

Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkib


Tofiq Yaqublu (Arxiv foto, Mənbə VOA)
Tofiq Yaqublu (Arxiv foto, Mənbə VOA)

Ombudsmanın Millli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində yanvarın 16-da yeməkdən imtina etməsi ilə bağlı həmin mərkəzdən Ə. Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülmüş Tofiq Yaqubluya baş çəkib.

Ombudsman Aparatının məlumatına görə, Tofiq Yaqublu Ombudsmanın Millli Preventiv Qrupunun üzvləri tərəfindəın fərdi qaydada qəbul edilib, onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi araşdırılıb.

“Konfidensial qaydada keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər. Görüş zamanı adıçəkilən şəxsin sağlamlıq vəziyyətinin həkim nəzarətində olduğu müşahidə edilib. Qeyd olunmalıdır ki, Yaqublunun vəkil və ailə üzvləri ilə görüş hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub. Tofiq Yaqublu onun vəziyyətini və hüquqlarını diqqətdə saxladığına görə ölkə Ombudsmanına təşəkkür edib”, məlumatda qeyd edilir.

Öz növbəsində, Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib ki, başçəkmə onun Ombudsman Aparatına müraciətindən sonra baş tutub.

“Mən onlarla əlaqə saxlayıb atamın durumu barədə məlumat vermişdim. Düzdür, bizim görüş hüququmuz təmin olunur, amma çətinliklər var. Əslində, Ombudsman Aparatı bu məsələni mənim müraciətim olmadan da diqqətdə saxlamalı idi. Baş çəkdikləri üçün minntədalığımı bildirirəm“, Nigar Həzi Amerikanın Səsinə deyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq, həmçinin siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

Tofiq Yaqublu 12 gündür aclıq edir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG