Accessibility links

Azərbaycan XİN: Holokost qurbanlarını yad edir və yas tuturuq


ÆBu gün biz bəşər tarixinin ən üsyankar qəddar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter hesabında məlumat yayıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Azərbaycan Xarici İşlər Nazirliynin twitter səhifəsi
Azərbaycan Xarici İşlər Nazirliynin twitter səhifəsi

"Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik", Xarici İşlər Nazirliyi bildirir.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Yunan dilində atəşlə qurban mənasını verən bu faciə 6 milyon yəhudinin qətli ilə yaddaşlarda qalıb.

1933-cü ildə Almaniyada iqtidara gələn nasistlər almanların irqi baxımdan üstünlüyünə, yəhudilərin isə alman əhalisinə yad bir qrup olduğuna inanırdı.

Holokost dövründə almanlar özlərindən daha aşağı gördükləri qrupları da hədəf alırdı. Qaraçılar, slavyanlar, əlillər, homoseksuallar və digərləri bunlar arasında idi.

1933-cü ildə Avropada 9 milyona yaxın yəhudi yaşayırdı Onlar əsasən İkinci Dünya Müharibəsi zamanı almanların işğal etdiyi və ya təsininə məruz qoyduğu ölkələrin sakini idi.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG