Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev komaya düşə bilər


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 25 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Fevralın 2-də vəkillər Elçin və Zibeydə Sadıqovlar, Fəxrəddin Mehdiyev təcridxanada Bəxtiyar Hacıyevlə görüşüb. Görüşdən sonra Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Hacıyevin səhhətində çox ciddi ağırlaşmalar var.

"Çəkisi 14 kiloqramdan çox azalıb. Qan təzyiqi 90/65-dir. Şəkərində enmə var, 56-dır. Koma təhlükəsi yarana bilər", o qeyd edib.

Vəkil deyib ki, Bəxtiyar Hacıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının onunla görüşməsini istəyir.

"Qırmızı Xaç Komitəsinə müraciət edilib, amma hələ nəticəsi yoxdur".

Mehdiyevin sözlərinə görə, fevralın 1-də Xətai rayon Məhkəməsindən təcridxanaya qayıdarkən məhbus daşıyan avtomobildə Bəxtiyar Hacıyevin səhhəti ağırlaşıb.

"Özünü halsız hiss edib. Qusub. Əllərində keyləşmə olub".

Hacıyev, həmçinin məhkəmədən çıxan zaman mülki geyimli şəxslərin onun əli qandallı halda fotosunu çəkməsindən narahatdır.

"O, dəfələrlə etiraz etsə də, məhəl qoymurlar. Bununla ona psixoloji təzyiq göstərirlər".

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, fevralın 1-də Bəxtiyar Hacıyevin müalicə müəssisəsinə və ya mülki xəstəxanaya köçürülməsi ilə bağlı Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib. Lakin hələ vəkilə cavab verilməyib.

Vəkil: Bəxtiyar Hacıyev komaya düşə bilər
please wait

No media source currently available

0:00 0:01:49 0:00

"Çünki Hacıyevin səhhəti çox ağırdır. Onun qanının tərkibində minerallar tükənib. Hər an komaya düşə bilər. İndi təcridxananın tibb-sanitar hissəsində saxlanılır. Amma burada daimi həkim nəzarəti mövcud deyil. Həkim saat 18-dən sonra olmur. Orada gecə saatlarında yalnız feldşer qalır. O da insan komaya düşərsə lazımi tibbi yardım göstərə bilməz", Zibeydə Sadıqova qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Azərbaycan Xalq Cəbəsi Partiyasın sədri Əli Kərimli bildirib ki, Bəxtiyar Hacıyevə qarşı rejimin hazırda etdikləri artıq "yalnız qərəz və qisasçılıq deyil, bu, qəddarlıq və amansızlıqdır".

"Bəxtiyar Hacıyev 25 gündür ki, aclıq aksiyası keçirir. Müstəqil və peşəkar tibbi xidmətlə təmin olunmayıb. Bəxtiyar bəyin həyatına ciddi təhlükə yaranıb. Heç bir cinayət törətməmiş, ölkəmiz üçün çox faydalı işlər görmək bacarığı olan Bəxtiyar Hacıyevdən əl çəkin, onu azad edin!" , Kərimli Facebook səhifəsində qeyd edib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 25 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Qeyd edək ki, vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG