Accessibility links

Apellyasiya Məhkəməsi AXCP fəalı Rövşən Səfərovun şikayətini təmin etməyib


Rövşən Səfərov (solda)
Rövşən Səfərov (solda)

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsi hakim Anar İbrahimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Rövşən Səfərovun 30 sutka inzibati həbsinə dair şikayəti təmin etməyib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, fəal yanvarın 22-də saxlanılıb, lakin bu barədə yanvarın 24-də vəkil Binəqədidəki inzibati qaydada həbs olunanların saxlanma mərkəzində digər AXCP fəalı Anar Hüseynova baş çəkərkən məlum olub.

Hər iki fəal 20 yanvarda, hüzn günündə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəhidlər Xiyabanına yürüşündə iştirak edib. Onlar Şəhidlər Xiyabanında yürüşə mane olan polisin hərəkətlərinə etiraz edib.

Apellyasiya Məhkəməsi inzibati işlər üzrə ən yüksək instansiya olduğundan müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Xatırladaq ki, 2023-cü ildə artıq AXCP-nin 5 fəalı həbs edilib. Onlardan biri cinayət itihamı üzrə şübhəli bilinir, digər dörd fəal inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

XS
SM
MD
LG