Accessibility links

Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında birbaşa dialoq davamlı sülhə nail olmaq üçün açardır


Vedant Patel (Rəsmi foto)
Vedant Patel (Rəsmi foto)

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel martın 27-də ənənəvi brifinq zamanı Turan agentliyinin sualının cavabında Birləşmiş Ştatların Dağlıq Qarabağdakı son vəziyyətdən narahat olduğunu və davamlı sülh naminə birbaşa dialoqa çağırdığını bildirib.

“Dövlət katibinin köməkçisi Karen Donfrid bu səhər (martın 27-də) xarici işlər naziri Bayramovla danışıb və Azərbaycanın hərbi hərəkətlərindən narahatlığını bildirib. O, ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqliyini vurğulayıb. Dövlət katibinin dəfələrlə dediyi kimi birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə kömək etməyə davam edəcəyik”, o qeyd edib.

Martın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib.

Martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs olan Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Ramin Məmmədov görüşdən sonra bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar davam etdiriləcək.

Bundan sonra martın 5-də Dağlıq Qarabağda Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insident qeydə alınıb. Hər iki tərəfdən ölənlər və yaralananlar olub.

Martın 26-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Laçın yolunun şimalındakı "torpaq yollarından qeyri-qanuni fəaliyyətlər" üçün istifadə etdiyini bəyan edərək Azərbaycan qüvvələrinin "lokal zəruri nəzarət tədbirləri" həyata keçirdiyini açıqlayıb.

Azərbaycan Prezidentinin Adminsitrasiyası martın 13-də və 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib.

Həmin dəvətlərə cavabda tanınmayan Dağlıq Qarabağın rəsmiləri bildirib ki, Bakı ilə danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür.

Azərbaycan qeyri-hökumət təşkilatları nümayəndələrinin artıq 106 gündür Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edir. Aksiya iştirakçıları Azərbaycanın rəsmi qurumlarının faydalı qazıntı yataqlarında monitorinq aparılması üçün buraxılmasını və Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüş tələb edir. Bu günədək fəalların tələbləri yerinə yetirilməyib.

Ekspertlərin fikrincə, regionda gərginlik davam edir və silahlı insidentlərin baş verməsi mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG