Accessibility links

Cessika Lüis: 2022-ci ildə ABŞ Qarabağda minaların təmizlənməsinə 2 milyon dollar ayırıb


Mine cleaning
Mine cleaning

Dövlət Departamenti Azərbaycan-Ermənistan münaqişəsi zonasında minalardan təmizləmə məsələlərinin həlli üçün səylər göstərir.

"Vətəndaşları öldürməyə və şikəst etməyə davam edən, iqtisadi inkişafa və köçkünlərin təhlükəsiz qayıtmasına mane olan yerüstü mina və partlamamış hərbi sursat amilindən çox narahatıq".

Bu barədə martın 23-də Vaşinqtonda Media Mərkəzində təhlükəsizliyin təmin edilməsi məsələlərinə həsr olunmuş brifinqdə çıxış edən Dövlət Departamentinin hərbi-siyasi məsələlər Bürosunun katibi Cessika Lüis Turan Agentliyinin sualının cavabında bildirib.

O, Vaşinqtonun Qarabağda sülhün bərpasındakı rolu barədə Turanın sualının cavabında ABŞ-ın dinc, demokratik və çiçəklənən Cənubi Qafqaza sadiq olması ilə bağlı mövqeyini təsdiqləyib və deyib ki, "biz etiraf edirik ki, münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün güc tətbiqi qəbuledilməzdir”. O, dövlət katibi Antoni Blinkenin "Ermənistanla Azərbaycan arasında birbaşa dialoq problemlərin həlli və möhkəm sülhün əldə edilməsinin açarıdır" sözlərini təkrarlayıb.

Hərbi-siyasi məsələlər Bürosunun səylərindən danışan Lüis xatırladıb ki, 2022-ci ildə ABŞ Qarabağda hərbi əməliyyatlar zonasında minalardan təmizlənməyə 2 milyon dollar ayırıb. 2021-ci ilin noyabrında həmin məqsədlə daha 500 min dollar ayrılıb.

"Beynəlxalq tərəfdaşlarımızla birgə gördüyümüz işlər ölkələrin bərpa olunması və mülki əhalini qoruya bilməsi üçün çox vacibdir", o əlavə edib.

Vaşinqtonun regionda sülhməramlı əməliyyatlarda iştirak etməkdə maraqlı olub-olmaması barədə sualın cavabında Lüis xatırladıb ki, onun bürosu sülhməramlıların bu cür missiyaları yerinə yetirmək üçün hazırlanması ilə məşğuldur.

"Düşünürəm ki, bunun mümkünlüyünü diqqətlə nəzərdən keçirməliyik. Aydındır ki, bu proses Birləşmiş Millətlər Təşkilatından keçir və mən Birləşmiş Millətlər Təşkilatının gələcəkdə bu prosesləri necə idarə edəcəyi barədə şərh verməkdən çəkinəcəyəm. Ancaq düşünürəm ki, biz bu prosesin təkcə Rusiya tərəfindən dəstəklənməməsi məsələsini nəzərdən keçirməliyik. Hazırda Rusiya sülməramlılarının texnikasının ehtiyat hissələri çatışmır və bu, sülhməramlıların öz işlərini yerinə yetirmə qabiliyyətinə təsir göstərə bilər", o deyib.

Xatırladaq ki, hazırda Azərbaycanın ermənilər yaşayan Qarabağ bölgəsində 1960 nəfər Rusiya sülhməramlısı var. Rusiya sülhməramlılarının mandatı 2025-ci il noyabrın 10-da başa çatır.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 287 Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 49 nəfəri həlak olub. Həlak olanların 38 nəfəri mülki şəxslərdir.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG