Accessibility links

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları istehsal edəcək


Aqil Qurbanov, Haluk Bayraktar və Ramiz Tahirov (Mənbə: Baykar şirkəti)
Aqil Qurbanov, Haluk Bayraktar və Ramiz Tahirov (Mənbə: Baykar şirkəti)

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

Bu barədə Türkiyənin "Baykar" şirkəti twitter hesabında məlumat yayıb.

Məlumatda deyilir ki, pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı aprelin 27-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Bayraktar PUAları İkinci Qarabağ müharibəsndə Azərbaycan tərəfindən geniş şəkildə istifadə olunub. Dronların döyüş əməliyyatlarındakı effektivliyi onlara baş dövlətlərdən marağın artmasına səbəb olub.

Rusiyanın Ukrayana hücumundan sonra Ukrayna silahlı qüvvələri "Bayraktar" dronları vasitəsilə Rusiya qüvvələrinə xeyli itkilər veriblər. Hücumun sonrakı aylarında Rusiya qüvvələri döyüş əməliyyatlarında İrandan əldə edilmiş dronlardan istifadə etməyə başlayıblar.

XS
SM
MD
LG