Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcək


Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan (Arxiv foto. Mənbə: Rusiya Xarici İşlər Nazirliyi )
Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan (Arxiv foto. Mənbə: Rusiya Xarici İşlər Nazirliyi )

Mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaq, həmin gün onlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Ayrılıqda sülh müqaviləsi üzrə ikitərəfli Ermənistan-Azərbaycan danışıqları aparılacaq. Xarici işlər orqanlarının rəhbərləri regiondakı dinamik vəziyyəti nəzərə alaraq Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçirəcək", o qeyd edib.

Zaxarovanın dediyinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşləri də olacaq. Bu görüşlərdə ikitərəfli və beynəlxalq gündəlikdəki ən aktual məsələlər üzrə fikir mübadiləsi də planlaşdırılır.

"Biz gözləyirik ki, qarşıdan gələn təmaslar Bakı və Yerevana mübahisələrin həllində, qarşılıqlı məqbul həll yollarının axtarışında və ümumilikdə tərəflər arasında etimadın artırılmasında, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində yardımçı olacaq", o qeyd edib.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq", Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Vaşinqton görüşündən sonra Brüssel görüşü ərəfəsində mayın 10-dqan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG