Accessibility links

Azərbaycan Ermənistanın iki hərbçisini saxladığını bildirir, Ermənistan təkzib edir


Cümə günü Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan silahlı qüvvələrinə məxsus "təxribat-diversiya qrupu"nun dövlət sərhədini pozmaq cəhdinin qarşısının alındığını bildirib. Azərbaycan rəsmiləri insidentin Zəngilan rayonu ərazisində baş verdiyini və iki erməni əsgərin saxlanıldığını deyib.

Öz növbəsində Ermənistan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidməti Teleqram kanalında Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatını təkzib edib.

“Ermənistan tərəfinin guya sərhədin cənub-şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir,” Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti bildirir.

Son insident mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli formatda keçirilən görüşdən sonraya təsadüf edir.

Moskva görüşündən öncə Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan və Ermənistan liderləri arasında mübahisə yaranıb və liderlər bir-birini ittiham ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG