Accessibility links

Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü olub


İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan (Mənbə: Azərbaycan Prezident Administrasiyası)
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putinin üçtərəfli formatda görüşü olub.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Tərəflər bir həftədən sonra baş nazirlərin müavinlərinin üçtərəfli formatda görüşü barədə razılığa gəlib.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, görüş uzun müddətdir haqqında danışılan bəzi məsələlərin praktiki həlli üçün yaxşı proloq olacaq.

“Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub. 2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb. Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmayacağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır.

Biz bu mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, - mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, - bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir. Ona görə də, biz qərara aldıq ki, yaxın vaxtlarda, bir həftədən sonra, – indi həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır”, o qeyd edib.

Görüşün yekunları ilə bağlı hələ məlumat yayılmayıb.

Rusiya Federasiyası baş nazirinin müavini, üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında həll olunmamış texniki məsələlərdən danışarkən deyib ki, bunlar texniki, lakin çox vacib detallardır.

"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır", Overçuk qeyd edib.

Turan agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, Azərbaycan, Rusiya, Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın Moskvada keçirilən üçətərli görüşündə nəticə olmayıb.

“Yenə də Azərbaycan və Ermənistan liderləri bir-birinə irad tutdu. Gözlənilən iki saziş imzalanmadı. Çox güman ki, bir həftədən sonra baş nazirlərin müavinləri səviyyəsində olan üçtərəfli görüş də nizamlanma prosesinə hansısa xüsusi bir yenilik gətirməyəcək. Ermənistan liderinin Rusiya lideri Vladimir Putinə tutduğu iradlar Azərbaycana olan iradları arxa plana keçirdi. Paşinyanın sözlərindən belə çıxır ki, üçtərəfli sazişi pozan ilk növbədə Rusiyadır. Ermənistan deyir ki, Rusiya Laçın kooridorunun bağlanmasına reaksiya vermir və guya Zəngəzur kooridorunun açılmasında maraqlı tərəfdir. Belə ki, indiyədək deyilirdi ki, Zəngəzur koridoru Azərbaycan üçün vacibdir. Lakin İlham Əliyevin sözünə görə, bu kooridor Rusiyaya da lazım imiş", o qeyd edib.

Hacıyev deyib ki, Putin yaranmış gərginliyi aradan qaldımağa çalışıb, lakin onun cəhdləri Paşinyanı inandırmayıb.

"Bir həftədən sonra baş nazir müavinlərinin görüşündə hansısa razılığa gələ biləcəklərmi? Doğrudanmı burada söhbət hansısa terminlərdən gedir və sırf texniki məsələdir? Əslində inandırıcı görünmür və bir həftdən sonra bunun cavabını biləcəyik”, o qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG