Accessibility links

Ukrayna və Azərbaycan enerji və neft-qaz sahəsində əməkdaşlığı müzakirə edib


German Qaluşenko və Seymur Mərdəliyev (Mənbə: Ukrayna Energetika Nazirliyi)
German Qaluşenko və Seymur Mərdəliyev (Mənbə: Ukrayna Energetika Nazirliyi)

Ukraynanın energetika sektoruna yardım və neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi Ukraynanın energetika naziri German Qaluşenko və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin oktyabrın 9-da keçirdiyi görüşünün əsas mövzularından olub.

Bu barədə Ukrayna Enegetika Nazirliyinin məlumatında deyilir.

"Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı daha da dəyərləndiririk və bu əməkdaşlığın daha da güclənəcəyinə ümid edirik", nazir bildirib.

German Qaluşenko Ukraynanın enerji sektoruna dəstək göstərdiyinə görə Azərbaycana təşəkkür edib ki, bu xüsusilə deyib ki, Azərbaycan ötən qış Ukraynanın enerji sisteminin davamlı olmasına kömək edib.

Nazirliyin məlumatında deyilir ki, Rusiyanın tam miqyaslı işğalı başlayandan bəri Ukrayna Azərbaycandan enerji sahəsi üçün 50 ehtiyat elektrik stansiyası və 45 elektrik transformatorundan ibarət 10 yük maşını humanitar yardım alıb. 2023-cü ilin sonunadək yeni paylayıcı şəbəkənin bərpası avadanlıqlarının növbəti böyük partiyasının da gəlməsi gözlənilir.

Görüşdə neft-qaz sənayesində əməkdaşlığa, xüsusilə resursların saxlanması və tranziti məsələlərinə xüsusi diqqət yetirilib.

German Qaluşenko qeyd edib ki, Ukrayna və Azərbaycanın bu sahədə əməkdaşlığının intensivləşməsi təkcə ayrı-ayrı dövlətlərə Rusiyanın enerji daşıyıcılarından asılılıqdan qurtulmağa imkan verməsə də, bütün regionun enerji təhlükəsizliyini gücləndirəcək.

Nazirin dediyinə görə, Azərbaycan Ukraynaya paylayıcı şəbəkələrin bərpası üçün texnika verəcək.

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 43 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 150 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi, SOCAR Energy Ukraine, müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Bu il iyulun 17-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıqlar, həmçinin ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG