Accessibility links

Natiq Cəfərli: Vergi yükünün artırılması hökümətin yanlış siyasətinin nəticəsidir


Natiq Cəfərli: Vergi yükünün artırılması hökümətin yanlış siyasətinin nəticəsidir
please wait

No media source currently available

0:00 0:06:30 0:00

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibsəndə Azərbaycanda mövcud vergi siyasətindən və vergilərin artırılmasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanın 2024-cü il üçün vergi siyasətini necə qiymətləndirirsiniz?

Natiq Cəfərli: Ümumiyyətlə ümümdaxili məhsul (ÜDM) azaldıqca, iqtisadiyyat zəiflədikcə, məntiqlə bütün ölkələrdə vergi və gömrük güzəştlərinin artımının şahidi oluruq ki, iqtisadiyyatı canlandırmağa yeni bir fürsətlər yaransın. Amma bizdə tam tərsinə oldu. Azərbaycan bu il MDB məkanında ÜDM-i ən az artan ölkə olub, ÜDM cəmi 0,8 faiz artıb. Biz gözləyirdik ki, məntiqlə hökümət ciddi təşviq siyasəti aparacaq. Vergiləri aşağı salacaq, iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq. Amma bunun tam tərsini gördük. Gələn il mikrosahibkarlar üçün daha da vergi yükünün artırılacağı ilə bağlı qərar verildi. Əvvəl tətbiq edilən güzəştlər ləğv edildi. İndi onların gəlirlərindən vergi 5 faizdən 20 faizə qaldırıldı. Müəyyən şərtlər də qoşuldu ki, onlar əlavə işçi götürsələr həmin güzəştlərdən yenə də istifadə edə biləcəklər. Bu, məntiqli bir yanaşma deyil. Əslində dövlət büdcəsinə həmin kateqoriyaya aid olan şəxslərin heç də böyük bir töhfəsi və ödənişləri yoxdur. Amma faktiki olaraq orada on minlərlə insan çalışır. Onlara əlavə vergi yükü gətirməklə problemləri artırmış oldular. Bunun da nəticəsi olaraq bəzi insanlar tamamilə işindən imtina edəcəklər. Fəaliyyət növlərini dəyişəcəklər. Çünki həm vergi artır, həm sosial müdafiə fonduna ödənişlər artır. Nəticə etibarı ilə bu il də artacaq. Bizdə çox qəribə bağlantı var. Minimum əmək haqqı artdıqca sosial müdafiə fonduna ödənişlər də artır. İndi bu il yəqin ki, minimum əmək haqqının da ən azı bir 10 faiz indeksləşməsi baş verəcək. Həmin 10 faiz də sosial müdafiə fonduna vergi şəklində artımları özündə ehtiva edəcək. Bu vergi yükünün artırılması hökümətin yalnış siyasətinin nəticəsidir. Əslində iqtisadiyyatı canlandırmaq üçün əks prosesi gözləyirdik. Əks proses isə vergi güzəştlərinin daha da artması ilə müşahidə olunmalı idi.

Amerikanın Səsi: Niyə məhz mikrosahibkarlar hədəf götürülür, böyük sahibkarlar yox? Bunun hər hansı siyasi səbəbi varmı?

Natiq Cəfərli: Çox yaxşı sualdır. Əslində mən düşünürəm ki, prezidentin çıxışlarında da, hökumət üzvlərinin də çıxışlarında dəfələrlə kiçik sahibkarlarlığa dəstək haqqında danışlıb. Gözlənti də ondan ibarət idi ki, əksinə digər ölkələrdə, qonşu ölkələrdə olduğu kimi kiçik sahibkarlığa dəstək addımları atılacaq. Bu addımın yeganə məntiqi, əgər məntiq demək mümkündürsə, izahı ondan ibarətdir ki, insanları təşviq eləmək istəyirlər ki, onlar üç nəfər işçi götürsünlər. Rəsmi işçi sayı artsın. Sabah da iqtisadi komanda prezidentə məruzə edərkən desinlər ki, məsələn ölkədə 50-60 min yeni iş yerləri yaradıldı. Bu, tam formallıqdan başqa bir şey deyil. Bunun yeganə məntiqini onunla izah edə bilərəm ki, ölkədə yeni iş yerləri yaranmır, iqtisadi aktivlik zəifləyir. Ona görə də formal olaraq yeni iş yerlərinin statistik göstəricilərinin artırılması üçün belə bir qərarın verildiyini düşünürəm.

Amerikanın Səsi: Bu problemlər qonşu ölkələrdə, Gürcüstnada, Ermənistanda necə həll edilir?

Natiq Cəfərli: Gürcüstanda uzun illərdir, təqribən 4 ildən çoxdur ki, kiçik sahibkarlara çox rahat, hətta bir telefonla idarə oluna biləcək bir sistem təklif olunub. Yəni onların illik dövriyyəsi bir milyon lariyə qədər olursa (300 min dollardan bir az çox) cəmi 1 faiz vergi verir. Sosial müdafiə anlayışı isə tamamilə fərqlidir. Orada özəl təqaüd fondları da var. Vətəndaş özü seçim edir. Ya dövlətlə müqavilə bağlayır, ya da bankların nəzdində olan və yaxud investisiya şirkətlərinin nəzdində olan özəl təqaüd fondları ilə müqavilə bağlayır. Bu müqavilədə iki tərəfin ödənişləri ilə bağlı özəl və fərdə məxsus anlaşmalar olur. Kim isə çox ödəyir, kimsə daha az ödəyir. Bunların hamısı vətəndaşla həmin o fond arasında olan müqavilələrlə tənzimlənir. Təəssüf ki, bizdə belə deyil. Yəni bizdə hətta dövriyyə məsələsinə gəldikdə, illik 200 min manatı keçən kimi Azərbaycanda əlavə dəyər vergisi ödəyicisi olursan. Bu qayda təqribən 2011-ci ildə tətbiq olunmuşdur. O vaxt manat dollara münasibətdə yüksək idi, 78 qəpik 1 dollar idi. Devalvasiyalara baxmayaraq, manatın dəyərdən düşməsinə baxmayaraq, bu, rəqəmsal olaraq dəyişdirilmədi. Hərçənd bizdə də həmin məntiqlə təqribən 1 milyon manata yaxın dövriyyəsi olanların kiçik sahibkar kimi qeydiyyata alınması və çox az şəkildə vergi verilməsini təşviq etmək lazlm idi. Ermənistanda iki il öncə yeni vergi məcəlləsi qəbul olundu. Bu il isə yeni təkmilləşmələr oldu. Məhz xidmət sahəsində, istehsal sahəsində çalışan kiçik sahibkarlar üçün çox böyük güzəştlər tətbiq olunacaq. Çünki Ermənistan turizm ölkəsi olmaq istəyir. Qapılarını açmaq istəyir. Bunun üçün kiçik sahibkarlara böyük güzəştlər edir. Azərbaycanda isə vergi məcəlləsi öz-özlüyündə çox qəliz dildə yazılmış ağır yükü olan bir kitabdır. 270-dən çox maddəsi və onun alt maddələri var. Azərbaycanda ümumiyyətlə yeni bir vergi anlayışına, yeni bir vergi məcəlləsinə ehtiyac var. Biz çox sevinmişdik. Çünki iki il bundan öncə Mikayıl Cabbarov (hazırda iqtisadiyyat naziridir-red) çıxışlarının birində yeni vergi məcəlləsinin yazılacağı ilə bağlı anons verdi. Təəssüf ki, bu, anons olaraq qaldı. Bu günədək vergi məcəlləsinə, 2016-cı ildən indiyədək baxdıqda minə yaxın dəyişikliklər edilib. Yəni hər il dəyişikliklər etməkdənsə sıfırdan, çox məntiqli və ağıllı, iş adamlarını dostu olan bir vergi məcəlləsinin yazılmasına ehtiyac var. Mənə elə gəlir ki, elə gələn il bizim özümüz də, yeni bir vergi məcəlləsini təşviq etməklə məşğul olacağıq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG