Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan rəsmilərini jurnalistləri azadlığa buraxmağa çağırır


Əziz Orucov
Əziz Orucov

Jurnalistləri Müdafiə Komitəsi martın 19-da həbs müddəti uzadılan Kanal 13 televiziyasının direktoru Əziz Orucov, reportyor Şamo Eminov və analoji ittihamlarla həbsdə olan digər 8 nəfərin azadlığa buraxılmasına çağırır.

“Azərbaycan məhkəmələri Qərbdən qeyri-qanuni maliyyə almaq ittihamı ilə daha çox jurnalistin həbsinə növbəti dəfə “rezin möhür” vurduqca, getdikcə aydın olur ki, bu məhkəmə prosesləri ölkənin müstəqil mətbuatından qalanları sıxışdırmaq üçün sadəcə bəhanədir. Azərbaycan hakimiyyəti Kanal 13-ün jurnalistləri Əziz Orucov və Şamo Eminovu dərhal azad etməli, onlara, Abzas Media və Toplum TV-dəki həmkarlarına qarşı ittihamları ləğv etməli, müstəqil medianın sərbəst işləməsinə şərait yaratmalıdır”, mərkəzi qərargahı Nyu Yorkda yerləşən CPJ-nin Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid bildirib.

Polis Orucovu ötən ilin noyabrında qanunsuz tikinti ittihamı ilə həbs edib. Dekabrda polis Eminovu saxlayıb və valyuta qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edərək, xarici donor təşkilatlarından qeyri-qanuni yolla ölkəyə pul gətirdiyini iddia edib.

Jurnalistlər ittihamları rədd edirlər. Jurnalistlərin vəkili Bəhruz Bayramov CPJ-yə bildirib ki, günahı sübuta yetirilərsə, onları 8 ilə qədər həbs gözləyir.

Noyabr ayından etibarən hakimiyyət korrupsiyaya qarşı mübarizə aparan Abzas Media nəşrinin altı əməkdaşını da valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edib və Toplum TV-nin dörd jurnalistini valyuta qaçaqmalçılığında ittiham edib, onlardan ikisi dörd aydır ki, məhkəməyə qədər həbsdə saxlanılır.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG