Accessibility links

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma həcmi artıb


Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşıma (Mənbə: Azərbaycan Dəmir Yolları)
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşıma (Mənbə: Azərbaycan Dəmir Yolları)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda genişləndirmə başa çatandan sonra mayın 20-də ilk yük qatarı Bakıdan yola salınıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət yük qatarı yola salnıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri mayın əvvəlində tamamlanıb.

Məlumatda deyilir ki, genişləndirmə nəticəsində dəmir yolu xəttinin illik yükdaşıma həcmi bir milyon tondan beş milyon tona çatdırılıb.

Modernləşdirilmiş Bakı-Tbilisi-Qars xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verir.

Bakı–Tbilisi–Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə istismara verilib. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə qədər uzanır.

Layihə Türkiyə və Azərbaycanı, həmçinin Mərkəzi Asiya və Çini Avropa ilə dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG