Accessibility links

AXCP fəalına məcburən psixotrop dərmanlar içirildiyi bildirilir


Aqil Hümbətov
Aqil Hümbətov

“Həyat yoldaşım, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) şərlənərək həbs edilən fəalı Aqil Hümbətovu hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsinin psixiatriya şöbəsində saxlayırlar. Onun psixiatrik problemləri olmasa da, orada məcburən psixotrop dərmanlar içirdirlər”.

Bu barədə iyunun 20-də Aqil Hümbətovla görüşündən sonra onun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə bildirib.

“Aqil dedi ki, o qədər məcburən psixotrop dərman içiriblər ki, başı dumanlıdır, key kimidir, halsızdır. Onun gözünün ağ hissəsi çox saralıb. Ona cəzaçəkmə müəssisəsində işgəncə veriblər, sonra karsa (cərimə təcridxanası) salıblar və orada neçə saatlarla lüt soyunduraraq beton döşəmənin üstündə yatmağa məcbur ediblər. Hesab edirəm ki, bu ondan qaynaqlanır. Mən həyat yoldaşımın sağlamlığından çox narahatam”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin əlaqə telefonunda olan zabit müəssisənin rəhbərinin telefonuna zəng etməyimizi məsləhət bilib, müəssisə rəhbərinin qəbul otağında isə telefona cavab verən olmayıb.

Həmçinin Penitensiar Xidmət müalicə müəssisəsinə müraciət etməyimizi məsləhət bilib.

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı AXCP fəalı Aqil Hümbətov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

AXCP fəalı Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb. 2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ittiham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir.

Həbsindən bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə iki dəfə psixiatriya xəstəxanasına yerləşdirilib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG