Accessibility links

Həbsdə olan müxalifət fəalının həyat yoldaşı etiraz aksiyası keçirməyə cəhd edib


Aqil Hümbətov
Aqil Hümbətov

Avqustun 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Nazirliyin əməkdaşları onu binanın qarşısından sıxışdırıb çıxarıb, bundan sonra Hümbətova mətbuat üçün bəyanat verib.

Aygün Hümbətova həyat yoldaşının siyasi motivlərlə uydurma ittihamla həbs olunduğunu və etiraz əlaməti olaraq, həyat yoldaşının "3-4 gündür" aclıq etdiyini bildirib.

Hümbətova bildirib ki, dünən Aqil Hümbətov ailəsinə zəng edərək deyib ki, onu koloniyanın sanitariya hissəsinə keçiriblər.

“Səsi zəif gəlirdi. Uşaqlarının xətrinə aclığı dayandırmağı, öz sağlamlığına ziyan vurmamağı, həyatını təhlükəyə atmamağı xahiş etdim. İndi nə olduğunu bilmirəm,” o qeyd edib

Hümbətova bildirib ki, həyat yoldaşı həbs olunandan sonra ailənin maddi təminatı yoxdur və o 3 uşağı təkbaşına dolandıra bilmir.

“Uşaqlardan biri ciddi sinir sistemi xəstəliyindən əziyyət çəkir,” deyən Hümbətova həmin səkkiz yaşlı uşağı özü ilə aksiyaya gətirib.

Gələn ay Ali Məhkəmədə Aqil Hümbətovun kassasiya şikayətinə baxılacaq. Həyat yoldaşı onun azadlığa buraxılmasını tələb edib. Daha sonra polis əməkdaşları Hümbətovanı Daxili İşlər Nazirliyinə qəbula qədər müşayiət ediblər.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Hümbətovu xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, həmin il avqustun 11-də Zirə qəsəbə sakini Yamən Məmmədovu bıçaqlamaqda təqsirli bilinib.

Lakin hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ititham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir. Bundan bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə psixiatriya xəstəxanasına yerləşdirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG