Accessibility links

AXCP sədri Əli Kərimli ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib


Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün Nəsimi rayon Məhkəməsinə müraciət edilib.

Bu barədə e-mehkeme.gov.az poratlında məlumat yayılıb.

Məlumatda deyilir ki, hazırlıq iclası avqustun 13-də hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək.

Məhkəmənin elektron portalında xüsusi ittiham qaydasında müraciət edən şəxsin və ya qurumun adı açıqlanmayıb. İddiaçı Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanmasını istəyir. Cinayət işinin sanksiyasına görə, ittiham edilən şəxs yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, onun barəsində məhkəməyə kimin xüsusi ittiham qaydasında müraciət etdiyi barədə məlumatsızdır.

“Mənim telefonuma sadəcə bildiriş gəlib ki, ikinci gün (avqustun 13-də) saat 11-də məhkəməyə çağırılıram. Bildrişdə göstərilmiəyib ki, kim müraciət edib, hansı şikayəti verib. Qeyd olunub ki, xüsusi ittiham qaydasında barəmdə cinayət işi açılıb və bu xüsusi ittiham şəxsiyyət azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərlə bağlıdır. Ona görə, düzü bilmirəm hansı cinayəti düzüb-qoşublar”, o qeyd edib.

Əli Kərimli: Bu, birmənalı şəkildə mənim siyasi fəaliyyətimlə bağlıdır
please wait

No media source currently available

0:00 0:02:16 0:00

AXCP sədri deyib ki, o, istənilən halda hər hansı cinayəti törətməyib, hər hansı qanunsuz əmələ yol verməyib.

“Bu istənilən halda siyasi repressiya və şərləmədir. Amma, hələlik mənə bildirmirlər ki, kim şikayət edib, nədən şikayət edib, cinayətim nədən ibarətdir”, o qeyd edib.

Kərimli seçkiqabağı dövrdə ona qarşı xüsusi ittiham qaydasında müraciətin nə ilə bağlı olması sualının cavabında deyib ki, bu, ölkədəki “ümumi ab-hava və repressiya mühiti ilə bağlıdır”.

“Əgər hökumət 300-dən artıq siyasi məhbusla seçkiyə getməyi gözə alırsa, deməli belə absurd cinayət işlərini açmağı da gözə ala bilər. Bu birmənalı şəkildə mənim siyasi fəaliyyətimlə bağlıdır. Bunun heç bir gerçək əsası ola bilməz və hər hansı hüquq pozuntusu ilə bağlı ola bilməz. Bu birmənalı şəkildə mənə qarşı düzəldilmiş bir işdir”, o qeyd edib.

Əli Kərimli: Bu, istənilən halda siyasi repressiya və şərləmədir
please wait

No media source currently available

0:00 0:05:54 0:00

Kərimli ona qarşı əvvəllər diffamasiya ilə bağlı cinayət işinin olmadığını deyib.

“Diffamasiya ilə bağlı cinayət işi olmayıb. Məni dəfələrlə müxtəlif cinayət işlərinə qoşmaq istəyiblər. Belə cəhdlər olub. Çox adamdan mənə qarşı ifadələr almaq istəyiblər, belə hallar sonradan məhkəmə işlərində ortalığa çıxıb. Bəzi hallarda hətta cinayət işi açılıb, sonradan ayrı icraata götürülüb. Amma diffamasiya ilə bağlı birinci dəfədir”.

AXCP sədri onun telefon və internet rabitəsinin məhdudlaşdırılmasının davam etdiyini də deyib.

“Axşam saat 20-dən sonra mobil telefonumu keçirirlər. İnternet rabitəm isə daimi olaraq qapalıdır”, o qeyd edib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə hamının qnaun qarşısında bərabər olduğunu, insanların iradəsinə görə təqib edilmədiyini bildirir.

Forum

XS
SM
MD
LG